Azərbaycan İdeyası

Deputat: Leyla Əliyevanın yorulmaz ictimai-siyasi fəaliyyəti Azərbaycan gəncliyinə örnəkdir

Tarix:9-07-2019, 13:00
Baxış Sayı:235

KORRUPSİYA-Q.AZ


Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxsahəli, yorulmaz fəaliyyəti artıq Azərbaycanın ictimai-siyasi həyatında öz yerini tutmuşdur. Xeyirxahlıq, qayğıkeşlik, məqsədyönlülük Leyla Əliyevanın ictimai-siyasi fəaliyyətini xarakterizə edən əsas amillərdəndir. O, özündə Azərbaycan gəncliyinin ən yaxşı keyfiyyətlərini birləşdirir, ölkəmizin gələcəyi üçün fəaliyyətinin bütün istiqamətlərində yorulmadan çalışır və qarşıya qoyduğu hədəflərə çatır.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyevin sözlərinə görə, Leyla Əliyevanın fəaliyyəti müxtəlif sahələri əhatə edir: "Leyla xanım Heydər Əliyev Fondunun vitse-prezidenti, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı və lideri, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Rusiyanın Azərbaycan Gənclər Birliyinin (AMOR) sədri, "Bakı" jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvüdür. Eyni zamanda, Leyla Əliyeva ona həvalə edilmiş digər vəzifələri uğurla həyata keçirir. Leyla xanımın geniş fəaliyyəti Azərbaycan cəmiyyətinin müxtəlif sahələrində müsbət dəyişikliklərin əldə olunmasına, insanların mövcud problemlərinin həllinə köməklik göstərir. Leyla Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri ölkəmizdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanı məhdud, əlil uşaqlara daim diqqət və qayğının göstərilməsi ilə bağlıdır. Leyla xanımın gördüyü hər bir iş, onun rəhbərliyi ilə həyata keçirilən hər bir layihə Azərbaycanın inkişafı naminə yerinə yetirilir. Onun beynəlxalq miqyasda həyata keçirdiyi layihələr Azərbaycanın dünyada daha yaxından tanıdılmasında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır. Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rəhbərliyi ilə son illərdə ölkəmizdə əldə olunan uğurlara öz töhfəsini verir".

Deputat vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın enerjisi, yüksək bacarığı tam əminliklə deməyə əsas verir ki, bundan sonra da onun rəhbərliyi ilə yeni-yeni layihələr, təşəbbüslər və tədbirlər uğurla həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı