Azərbaycan İdeyası

Yuxudan əvvəl telefon və planşetdən uzaq durun

Tarix:19-11-2015, 15:52
Baxış Sayı:410


 Yuxudan əvvəl telefon və planşetdən uzaq durun Yuxudan əvvəl telefon və planşetdən uzaq durun

Tədqiqatçılar bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar.
Parlaq göy ekranlı smartfon, planşet kompüter və elektron oxu qurğuları insanın bioloji saatını dayandırmaqla yanaşı, yuxunu təmin edən hormonların əmələ gəlməsinə mane olur. Bu qənaətə Kinqs kollecin və Surrey Universitetinin mütəxəssisləri gəliblər.
"Korrupsiya və Qanun" saytı ictnews.az-a istinadən xəbər verir ki, yuxu sahəsində mütəxəssislər müasir planşet, smartfon və elektron kitab modellərinin insan orqanizminə təsirini tədqiq edərək bu qurğuların ekranlarından buraxılan mavi şüaların melatoninin - yuxu hormonunun yaranmasına mane olmasını müəyyən ediblər.
Tədqiqat müəllifi Pol Qrinqrasın sözlərinə görə, mavi və yaşıl spektr dalğaları melatonini digər spektr dalğalarından daha çox boğur ki, bu da insanı yuxuya getməli olduğu halda gümrah və diqqətcil edir. Həkimlərin fikrincə, qurğu istehsalçıları öz üzərilərinə öhdəlik götürərək bu ciddi problemi həll etməlidirlər. Belə ki, yatmazdan əvvəl planşet və ya elektron kitabdan istifadə gələcəkdə yuxu pozulmasına səbəb ola bilər.
Tədqiqatçılar əmindirlər ki, qurğular axşam düşən zaman sarı və ya qırmızı rəngi şüalandırmalıdır. Onların məlumatına görə, hazırda axşamlar elektron qurğunun işığını azaldan yalnız ayrı-ayrı proqramlar mövcuddur.
Alimlər insan sağlamlığı üçün tam yuxunun əhəmiyyətini təsdiq edən yeni dəlillər aşkarlayırlar. Belə ki, Almaniya alimlərinin fikrincə, yaxşı yuxu immunitetə infeksiyaları yadda saxlamağa kömək edir. ABŞ tədqiqatçıları isə bir gecə yuxusuzluğu yarımillik pis qidalanmaya bərabər tutublar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO