Azərbaycan İdeyası

GENERALIN QARDAŞININ XƏSTƏXANASINDA RÜŞVƏT TÜĞYAN EDİR

Tarix:12-10-2016, 15:41
Baxış Sayı:325

Sabunçu rayonunda yerləşən və daha çox kriminal xəstəxana" kimi tanınan 3 saylı klinik xəstəxananın baş həkimi Fuad Zeynalov Bakıda fəaliyyət göstərən və "Kəndçilər xəstəxanası" kimi tanınan Fuad Əfəndiyev adına 4 saylı Şəhər Klinik Xəstəxanası bağlanandan sonra, nazir Oqtay Şirəliyevin əmri ilə bu xəstəxanaya baş həkim təyin olunub. Ona qədərsə Sabunçu 3 saylı şəhər klinik xəstəxanasının baş həkimi Xəlil İdris oğlu Məmmədov olub. Onun işdən çıxarılmasının səbəbi səhhəti ilə əlaqələndirsə də, daha sonra nazirliyin «qaynar xətt» xidmətinə daxil olan şikayətlərin əksəriyyətinin 3 saylı xəstəxananın tibbi xidməti ilə bağlı olduğu açıqlandı. Bundan əlavə, o zaman da Hesablama Palatasının apardığı auditdə 3 saylı Şəhər Klinik Xəstəxanasında böyük yeyinti faktı üzə çıxarılmışdı. Aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı tender qaydalarının əməl edilməməsi zamanı baş verib. Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə, əlbəttə, baş verən korrupsiya hallarının cüzi bir hissəsi idi. Baş həkimin işdən uzaqlaşdırılmasında aşkar olunan korrupsiya halının əsas rol oynadığı deyilirdi.
Keçən il isə anoloji halla hazırki baş həkim Fuad Zeynalov üzləşmişdi. Bir ara bəzi saytlar Hesablama Palatasının aşkarladığı yeyinti faktına görə, onun işdən azad olunduğunu yazsalar da, onu işdən azad etmədilər. Xatırladaq ki, Fuad Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun qardaşıdır.
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Musabəyov küçəsi, ev-16-da yaşayan Sərrəcov Kamran Fazil oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, dövlət tibb müəssisəsinin xidmətindən istifadə edərkən rüşvət tələbi ilə qarşılaşmasından şikayətlənmişdir: "Qardaşım Roman Fazil oğlu Sərrəcov 3 saylı şəhər klinik xəstəxanasında mədəsindən ağır əməliyyat olunmuşdur. Əməliyyat zamanı həkim Vəli adlı şəxs qardaşıma narkoz mayesini ötürmək üçün 100 (yüz) manat pul tələb etdi. Tələbinə əməl edib həkimə istədiyi pulun 50 (əlli) manatını verdim. Daha sonra pulun qalan yarısını istədi və mən də bu xəstəxananın dövlət tibb müəssisəsi olmasını, xidmətin pulsuz olduğunu deyib tələbini yerinə yetirməkdən imtina etdim. Odur ki xahiş edirəm, həmin həkimin mənə qarşı etdiyi qanunsuz əməllərini ictimai qınağa verib, müvafiq dövlət qurumlarının diqqətini bu məsələyə cəlb edəsiniz və bu barədə qanuni tədbirlər görülməsinə kömək edəsiniz".
Qarşı tərəfin mövqeyini öyrənmək üçün sözügedən xəstəxananın baş həkimini axtardıq. Onu yerində tapmadığımızda müavini ilə görüşdük. "Mən heç nə bilmirəm" deyib Vəli həkimlə danışdı. Onunla danışdıqlarını bizə çatdırdı: "Vəli deyir ki, biz razılaşmışıq, şikayət geri götürülüb". Daha sonra müavin baş həkimi gözləyib görüşməyimizi məsləhət gördü. Biz isə buna lüzum görmədiyimizi dedik, çünki şikayətin geri götürülmədiyini bilirdik və Vəli həkimin bir yalanını bir gündə iki dəfə eşitmək istəmirdik...
Xudahafizləşəndə baş həkimin müavini hansı qəzetdə işlədiyimizi bir daha soruşdu. "Korrupsiya və qanun" qəzetinin bir nüsxəsini ona təqdim etdik. Müavin qəzeti stolun üstünə qoyub, "mən heç qəzet oxuyan deyiləm, maraqlanmıram da" - deyib laqeydlik nümayiş etdirdi. Ola bilsin ki, baş həkimin müavini, onun qahmar çıxdığı Vəli həkim qəzet-kitab oxumurlar, başları rüşvət almağa, yaxud da rüşvətxorluğa etiraz edən şikayətçilərlə barışıq əldə etməyə qarışıb. Amma əlbəttə ki, biz dövlət səhiyyəsində rüşvətxorluğa göz yuman deyilik. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO