Azərbaycan İdeyası

Allahşükür Paşazadə Ufa şəhərinə yola düşəcək

Tarix:21-10-2013, 12:05
Baxış Sayı:0

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyasının Ufa şəhərinə yola düşəcək.

AZXEBER.COM QMİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər 22 oktyabrda Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada «Rusiyada İslam və dövlət» mövzusunda keçiriləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.

Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək.

Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin, Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın Baş Müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcəkdir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO