Azərbaycan İdeyası

Kim nə edirsə, müsəlmanlar qırılır...`- Allahşükür Paşazadə

Tarix:24-12-2015, 12:59
Baxış Sayı:434

Kim nə edirsə, müsəlmanlar qırılır...`- Allahşükür Paşazadə



Məhəmməd peyğəmbərin (s) mövlud günü münasibətlə Qafqaz Müsəlmanları İdarəsində (QMİ) tədbir keçirilib.
"Korrupsiya və Qanun" saytı zVision.az a istinadən xəbər verir ki, mərasim “Quran” oxunması ilə başlayıb və Peyğəmbərin ruhuna dualar edilib.
Peyğəmbərin mövludu münasibəti ilə müsəlmanları təbrik edən QMİ sədri Allahşükür Paşazadə bildirib ki, bu günlər məzhəbindən asılı olmayaraq bir araya gəlməyimiz üçün bir şərait yaradır: “Peyğəmbərin mövludu gününü biz hər zaman qeyd etmişik. Sovet dövründə də gizli keçirilərdi”.
Yaxın Şərq ölkələrində baş verən hadisələrindən danışan Şeyx bildirib ki, İraqda, Əfqanıstanda və digər ölkələrdə müsəlmanlar kütləvi şəkildə ölürlər, faktiki olaraq qardaş qırğını gedir:
“Kim nə edirsə, sonda qırılan müsəlmanlar olur. Bu, məni üzür. Son vaxtlar Əhli-beyt adından da istifadə edib qırğınlar törədirlər. Bütün müsəlmanlar elə Əhli-beyt aşiqidir. Bizim üçün əsas insan amilidir. Biz tezliklə sülhün bərqərar olmasını istəyirik. Qırğınlara son verilməlidir. Bu qırğınları lənətləyirik”.
Bu gün həm də ölkə prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladan QMİ sədri bu münasibətlə dövlət başçısını və ailəsini təbrik edib: `İstər SSRİ dövründə, istərsə də digər dövrlərdə dinimizi unutmamışıq, bu günü qeyd etmişik. Heydər Əliyevin "Təzə Pir" məsçidinə gəldiyi gün yadımdadır. O, həmişə bizə qayğı və diqqqəti ilə seçilərdi. Çox maraqlıdır ki, bu gün də Mövlud günü Prezident İlham Əliyevin doğum gününə təsadüf edir. Bu münasibətlə Prezident İlham Əliyevə və onun ailəsinə can sağlığı və xoşbəxtlik arzulayıram`.
Daha sonra mövlud həftəsinin başlanması münasibətilə ehsan verilib.
Qeyd edək ki, bu il Azərbaycanda hicri-qəməri təqvimi ilə 12 Rəbiül-əvvəl tarixindən 17 Rəbiül-əvvəl tarixinədək (24 dekabr-29 dekabradək) Məhəmməd peyğəmbərin (ə) mövlud həftəsi qeyd olunacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı