Azərbaycan İdeyası

ZABİTLƏRİN İSTİFADƏ ETMƏDİKLƏRİ MƏZUNİYYƏT MÜDDƏTİNƏ GÖRƏ KOMPENSASİYA TƏLƏBİ HƏLƏ GÜNDƏMDƏDİR

Tarix:17-01-2017, 15:35
Baxış Sayı:490


KİV-də hərbi xidmət dövründə istifadə edilməyən məzuniyyətlər və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməməsi barədə məlumatlara hələ də rast gəlinir.
Milli Ordunun zabiti, 31.12. 1980-ci il təvəllüdlü Bəhmənov Mehman Ələkbər oğlu kapitan rütbəsində təqaüdə çıxmışdır. Mühəndis-istehkamçı kimi xidmət etdiyi 1998-2015-ci illər ərzində hər il ona verilməli olan 45 sutkalıq məzuniyyətin hər dəfə bir neçə günü, bəzən yarısından çoxu istifadə olunmamış qalıb. Redaksiyamıza yazdığı ərizədə bildirir ki, kəsirdə qalan həmin günlər üçün hesablanmış məbləğ ona verilməyib. Bundan başqa, tərxis olunarkən, təxminən 1400 manat civarında paltar pulunu da almayıb ki, bunlar da üst-üstə 3500 manatdan artıq edir. Hesablanılmasına əvvəlllər xidmət etdiyi 877 saylı hərbi hissədə başlanılan və sonradan dəyişdirildiyi hərbi hissədə davam etdirilən bu maddələr üzrə 1 il 3 aydan çoxdur ki, ona çatacaq pulu almaq üçün göstərdiyi səylər nəticəsiz qalıb. İstər rəsmi, istərsə də şifahi olaraq müraciət etdiyi Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsindən ona bildiriblər ki, məzuniyyət pulunun verilməsi üçün tələb olunan məlumatları əks etdirən sənədləri tapılmır. Paltar pulu isə hələ müvafiq xərc maddəsi üzrə ayrılmayıb. Bəhmənov öyrənib ki, xidmətdə olan zabitlər, eləcə də tərxis olunanların bir çoxu bu pulları almağa müvəffəq olublar. Almağa ümid etdiyi pulun köçürülməsi üçün Bəhmənov hətta bank hesabı da açdırıbmış. Lakin hesabın aktiv olduğu müddət başa çatdığından, bağlanıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2010-cu ilin iyununda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb. Lakin 2 il sonra - 2012-ci ilin sentyabrında Nazirlər Kabineti həmin fərmana zidd olan qərar qəbul etdi. Həmin qərarda göstərilirdi ki, 2010-cu ilə qədər hərbidən tərxis olunan zabit və gizirlərə istifadə etmədikləri məzuniyyətə görə kompensasiya ödənilməsin. Lakin sonradan məzuniyyət pulları barədə məsələ Milli Məclisdə və Konstitusiya Məhkəməsində müzakirəyə çıxarılıb, qaydalar müəyyənləşdirilib və təsdiqlənib.
Mehman Bəhmənov 2015-ci ildə tərxis olunub və bu üzdən onun kompensasiyasının verilməməsini NK-nın məlum qərarı ilə əlaqələndirə bilməzlər. Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları 22 may 2015-ci ildə təsdiq olunub. Kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün müraciət edildiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın, xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.
Onu da xatırladaq ki, kompensasiyaların verilməsi üçün əsas sayılacaq sənədlər itdikdə, yanğın və s. səbəbdən məhv olduqda istifsadə edilməyən növbəti məzuniyyət günləri hərbi hissənin nizami hissə üzrə əmrlər kitabları, paylama cədvəlləri, attestasiya vərəqələri və digər sənədlər əsasında müəyyən edilməlidir.




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO