Azərbaycan İdeyası

Prezident icra hakimiyyətləri ilə bağlı qərar qəbul etdi

Tarix:24-10-2013, 09:56
Baxış Sayı:0

İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən Azərbaycanda prospekt, küçə, meydanlara ad verilməsi və ya onların adının dəyişdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik edilib.

Fərmanda prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıb ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.11.7-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və Əsasnaməyə aşağıdakı məzmunda 3.11.8-ci yarımbənd əlavə edilsin:

"3.11.8. prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların adının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsini 3 (üç) gün müddətində məlumatlandırır.".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı