Azərbaycan İdeyası

Dörd yaşlı Nərminə kömək lazımdır

Tarix:4-11-2015, 13:43
Baxış Sayı:507

Dörd yaşlı Nağıyeva Nərmin Fuad qızı "serebral" iflic xəstəliyindən əziyyət çəkir.

"Korrupsiya və Qanun" qəzeti atv.az-a istinadən xəbər verir ki, uşağın dörd yaşı tamam olmağına baxmayaraq, dörd-beş aylıq uşaqdan heç də fərqlənmir. Nərminin bir bacısı, bir də qardaşı var. Atası isə dörd il öncə ciyərində yaranmış xəstəliklər səbəbindən dünyasını dəyişib. Üç uşaqla çox çətin durumda qalan Samirə xanımın tək istəyi isə qızının tezliklə ayağa durmasını, övladlarını oxutmaq istəməsidir: “Qızımı imkan olduqca, müalicə etdirmişəm. Nərmini N.Tusi adına xəstəxanada Atlas xanım müalicə edib. Dəfələrlə mənə zəng edir ki, uşağın müalicəsinin vaxtı çox gecikir, olmaz belə, müalicə etmək lazımdır. Amma müalicəyə heç cür imkanım yoxdur. Üç uşaqla kirayədə yaşayıram. Hərdən anam gil kömək edir, hərdən də evlərin təmizlənməsinə gedirəm. 5-10 manat da oradan verirlər. Amma bununla nə dolanmaq, nə də ki uşağımı müalicə etmək olmur. Qızım öz-özünü idarə edə bilsəydi, mən də normal bir iş tapıb işləyərdim, balalarımı oxudardım.Tək ümüdüm qızıma yardım üçün imkanı çata bilən şəxslərədir. Nə olar bir ana kimi sizdən xahiş edirəm, övladımın müalicəsi üçün yardım edin, çox xahiş edirəm. Həkim deyir, bir neçə kurs müalicədən sonra övladım öz-özünü idarə edə bilər, inkişaf edə bilər. Ümüdüm sizsiniz, Azərbaycan xalqı, çox çətin durumdayam, yardım edin, təki övladım ayağa qalxa bilsin”.
Samirə xanımın (Nərminin anası) əlaqə nömrəsi: +994 (51) 509 19 41
Əldə etdiyimiz məlumata görə, uşaq serebral iflici baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində əmələ gəlir. Adətən erkən uşaqlıq dövründə aşkarlanan və hərəki pozğunluqlarla: ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyri-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır.
Beyinin zədələnmə dərəcəsindən asılı olaraq meydana çıxan simptomların ifadə dərəcəsi də müxtəlif olur: yüngül, zəif nəzərə çarpan və ya çox ağır, tam əlilliyə gətirib çıxaran zədələnmələrə qədər.
Bu uşaqlarda epileptik tutmalar, psixi inkişaf ləngiməsi, qavrama və öyrənmə çətinlikləri, görmə, eşitmə, nitq, intellekt pozğunluqları da müşahidə oluna bilər. Baxmayaraq ki, serebral iflicli uşaq çox zaman əqli inkişafdan geri qalmış uşaq kimi təəsurat yaradır, bu heç də həmişə həqiqətə uyğun olmur.
Serebral iflicə oxşar vəziyyətlər istənilən yaşda keçirilmiş infeksion xəstəlikdən, insultdan və yaxud kəllə-beyin travmasından sonra əmələ gələ bilər.
Yeni doğulmuş uşağın beyni bu zədələnmənin kompensasiyası üçün çox böyük potensiala malik olur. Buna görə də problemin erkən müəyyənləşdirilməsinin əhəmiyyəti çox böyükdür. Davamlı reabilitasiya tədbirləri nəticəsində serebral iflici olan uşaqlar gözəl nəticələr göstərə bilər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO