Azərbaycan İdeyası

2900 hepatitli xəstə pulsuz müalicə üçün Səhiyyə Nazirliyinə müraciət edib

Tarix:22-10-2015, 15:44
Baxış Sayı:495

2014-cü ilin sentyabr ayından bu ilin sentyabrınadək Səhiyyə Nazirliyində hepatit B və C virusuna yoluxmuş şəxslərin pulsuz müayinə və müalicəsinin təşkili üzrə Komissiyaya 2900 nəfər müraciət edib. Onların 70 faizi hepatit C, 20 faizi isə hepatit B virusuna yoluxmuş xəstələrdir. Onlardan 57 faizinə bu müalicənin mümkün olacağı barədə qərar çıxarılıb, 1529 nəfərə müalicə təyin olunub. Bu barədə Lent.az-a komissiyanın sədr müavini Həqiqət Qədirova məlumat verib.

Əvvəl vətəndaşlar xəstəliyini sübut edən sənədləri Kliniki Tibbi Mərkəzə təqdim edirdisə, Ailə və Sağlamlıq Mərkəzində Səhiyyə Nazirliyinin bölümünə təqdim edə bilərlər. Bura virusun aşkarlandığı analizlərin nəticələri, USM-in (Ultra Səs Müayinəsi) cavabı, digər müayinələrdən keçibsə, onların sənədləri daxildir. Bölgələrdə olan xəstələr də sənədlərini toplayıb, paytaxta gəlməlidirlər.

H. Qədirovanın sözlərinə görə, sənədlər toplanıldıqdan sonra komissiyanın iclasında baxılır, təhlil olunur: “Ehtiyac olarsa, xəstələr dəvət olunur, əlavə analizlər götürülür və nəticədə qərar çıxarılır ki, bu xəstəyə müalicə təyin oluna bilər, ya yox. Onu da nəzərə almaq lazımdır ki, bir sıra əks göstəricilər ola bilər. Çünki, “İnterferon” terapiyasının aparılması o qədər də asan deyil. Qaraciyər serrozu olan, qaraciyər köçürülmüş, qanında müəyyən dəyişiklikləri olmuş xəstələr və hamilələrə bu müalicə təyin oluna bilməz. Sadaladığım bu göstəricilər yoxdursa, xəstəyə müalicə təyin olunur. Hepatit B və C virusuna yoluxmuş xəstələr Kliniki Tibbi Mərkəzin apteklərindən pulsuz dərman preparatlarını əldə edə bilərlər”.

Komissiya rəsmisi onu da vurğulayıb ki, hepatit B virusuna yoluxma zamanı 24 həftə ərzində ancaq “İnterferon” terapiya aparılır. Hepatit C virusuna yoluxma zamanı isə genotipdən asılı olaraq (virusun genetik növü) müalicə ya 48 həftə (I genotipdə), ya da 24 həftə (I və II genotipdə) davam edir: “Dərmanlarını əldə etmiş hər bir xəstə öz yaşadığı ünvanda ərazi üzrə qeydiyyatda olduğu poliklinikadakı infeksionist, qastroenteroloq, terapevtin nəzarəti altında müalicə alır. Ağır xəstələr müalicənin ilk etaplarında müşahidə lazımdırsa, onda Kliniki Tibbi Mərkəzinin İnfeksion şöbəsinə yerləşdirilir".

Səhiyyə Nazirliyində olan rəsmi məlumata görə, 2014-cü ilin son məlumatlarına əsasən, kəskin hepatit B virusu 180, hepatit C virusu isə 130 nəfərdə aşkar edilib. 2013-cü ildə isə hepatit B virusuna yoluxmuş xəstələrin sayı 242, hepatit C virusuna yoluxmuş xəstələrin sayı 18 olub. Bu xəstəliyin 2 forması var: Kəskin və xroniki. Xüsusən də hepatit C virusuna yoluxmuş xəstələrin 70 faizində xəstəlik xroniki formada gedir. Xəstəlik açıq-aşkar əlamətləri üzə vermir. Belə olan halda xəstələrin çoxu yoluxması haqda məlumatlı olmur. Ya təsadüfi müayinə zamanı, ya qaraciyərin funksiyası pozulduqda, ya da hamiləlik zamanı analizlər götürülən zaman xəstəlik məlum olur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı