Azərbaycan İdeyası

Azərbaycanda məhsul bolluğu var - Qiymət qalxmayacaq

Tarix:11-11-2015, 10:36
Baxış Sayı:420

“Ötən illə müqayisədə bu il daha çox məhsul bolluğu müşahidə olunur. Artıq daha çox məhsul istehsal olunur.”
"Korrupsiya və Qanun" qəzetinə isinadən “Qafqazinfo” xəbər verir ki, bu sözləri SalamNews-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. KTN-nin nümayəndəsi meyvə tərəvəz bolluğundan və qiymətlərindən danışıb: “Bu il meyvə - tərəvəz çoxdur. Problem də yoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə elə bir qiymət artımı yoxdur. Məsələn, hazırda kartofun kiloqramı 73 qəpiyə satılır. Dövlət Statistika Komitəsinin qiymət artımı ilə bağlı açıqlamaları müvəqqəti xarakter daşıyır. Hər ay bəzi ərzaq məhsullarının qiymətində yerdəyişmə müşahidə edilə bilər. Lakin hər-hansı məhsulların qiymətində cüzi artımın olması istehsalın azlığı ilə əlaqəli deyil. Çünki bu il kartof, soğan, meyvə-tərəvəz məhsullarının istehsalı daha çox olub."
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin oktyabr ayı ərzində açıqladığı rəqəmlərə görə, düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, şəkərin, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, portağalın, bananın, xiyarın, pomidorun, badımcanın, şirin bibərin, soğanın, sarımsağın, kartofun qiymətlərində bahalaşma müşahidə edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO