Azərbaycan İdeyası

Göyçayda ilk dəfə sitrus meyvələrindən ibarət bağ salınıb

Tarix:22-10-2015, 15:30
Baxış Sayı:443

Göyçay sakini sitrus meyvə ağaclarından ibarət bağ salmaqla hamının marağına səbəb olub.
"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumatına istinadən APA TV-nn yerli bürosunun xəbərinə görə, 15 ildən çoxdur ki, Çaxırlı kəndində bağçılıqla məşğul olan Teyyub Xasməmmədov yerli meyvələrlə yanaşı, Astara və İrandan gətirdiyi portağal, naringi, kintan, limon, feyxoa və kivi ağaclarını da yetişdirməyə və bol məhsul əldə etməyə nail olub.
O, hazırda sitrus meyvə bağı üçün çəkdiyi əziyyətin bəhrəsini görür. Sitrus ağaclarını və meyvələri qışda şaxtadan qorumaq üçün fərdi təsərrüfatında böyük istixana hazırlayan Teyyub Xasməmmədov bu ağaclara xüsusi qulluq etdiyini deyir. Göyçayın iqlim şəraiti üçün xarakterik olmayan və rayonda hər bağbanın yetişdirə bilmədiyi bu meyvə ağaclarında hazırda məhsulun bol olması, eləcə də dadına və keyfiyyətinə görə cənub zonasının məhsullarından heç də geri qalmaması hamını təəccübləndirir. Ümumiyyətlə, Göyçayda sitrus meyvələrinin yetişdirilməsi və onun qış fəslində soyuqdan qorunması xüsusi bacarıq tələb edir. Bağbanın həyətinə gələn qonaq özünü sanki Astara bağlarında hiss edir. Bütün növ meyvələrdən ibarət 3 hektar bağı olan Teyyub Xasməmmədov son vaxtlar sitrus meyvə ağaclarının sayının artırılmasına xüsusi önəm verir. O, indiyədək 12 ədəd naringi, 15 ədəd portağal, 11 ədəd limon, 30 ədəd feyxoa, 5 ədəd kivi və kintan ağacı yetişdirməyə nail olub. Bağban bu meyvələrin hər birindən 2-3 sort əldə edib və hazırda onların sayını artırmaqla məşğuldur.

Ən maraqlısı odur ki, 65 yaşlı bağban bir gövdəli ağacda limon, naringi və portağal yetişdirərək, eyni vaxtda hamısından məhsul əldə edib. Bağban hazırda İran feyxoasını və armudu limonu dibçəklərdə yetişdirməklə məşğuldur. O, calaq yolu ilə artırdığı ağac tinglərini satmaqla yanaşı, alıcılara bağçılığın inkişafı üçün lazımi məsləhətlər də verir. O, hazırda bağda meyvə yığımını davam etdirir. Meyvədən əldə etdiyi vəsaitin böyük hissəsini bağçılığın inkişafına sərf edən bağban bu sahənin həvəskarı olduğunu bildirib. Onun sözlərinə görə, aqrotexniki xidmətin vaxtında və düzgün aparılmasının nəticəsidir ki, bu il təsərrüfatında sitrus və yerli meyvələrin məhsuldarlığı ötən ilkindən daha çox olub.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur