Azərbaycan İdeyası

Gömrükçülər külli miqdarda mallar aşkar etdi - VİDEO

Tarix:24-07-2019, 10:30
Baxış Sayı:201

KORRUPSİYA-Q.AZ

Gömrükçülər külli miqdarda inşaat materialları və dekorativ məmulatların gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Unikal.org xəbər verir ki, bu hüquqpozma faktı Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsi və "Hövsan" postunun əməkdaşlarının birgə həyata keçirdiyi malların eyniləşdirilmə tədbiri zamanı qeydə alınıb.

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin "Hövsan" dəniz limanı postuna İran İslam Respublikasından "Nargoon" adlı gəmi ilə "APACHE" MMC-nin gətirdiyi müxtəlif növ qranit daşları, döşəmə və divar üçün keramik plitələr daxil olub. Həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmək məqsədilə MMC tərəfindən müvafiq gömrük bəyannaməsi ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə bəyan edilib.

Lakin gömrük yoxlaması zamanı gömrük bəyannaməsində göstərilən mallardan başqa, gömrük orqanına bəyan edilməyən 1980 kv.metr qranit daşları, 820 kv.metr döşəmə və divar üçün keramik plitələr, həmçinin qranitdən hazırlanmış 3 ədəd dekorativ məmulatlar aşkar olunub.

Ümumilikdə isə, təqribən 10 000 manat həcmində gömrük ödənişindən yayınma halının qarşısı alınıb.

Aşkar olunan hüquqpozma faktı ilə əlaqədar müvafiq struktur bölmələr tərəfindən araşdırmalar aparılır.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb