Azərbaycan İdeyası

"Lülə kababın tərkibində bağırsaq çöp

Tarix:13-11-2015, 16:52
Baxış Sayı:385

Bəzi şadlıq evlərinin sahibləri onlara qarşı qoyulan tələblərə əməl etmirlər.
"Korrupsiya və Qanun" qəzetinə istinadən bu barədə Milli.Az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin şöbə müdiri Fazil Talıblı deyib.
Şöbə müdiri qeyd edib ki, şadlıq sarayları ilə bağlı qurum tərəfindən hələ 2013-cü ilin martın 1-də AZS 746-2012 "Şadlıq saraylarının təsnifatı və qaydalar" adlı dövlət standartı təsdiq edilib: "Həmin sənəddə şadlıq evlərinə qarşı rəqs meydançasına, mətbəxə, qidalanmağa, personala, zalın quruluşuna, masaların düzülüşünə, işıqlandırma sisteminə, döşəməyə, salonun səhnəsinə və s. dair tələblər yer alıb. Bununla yanaşı, orada səsin gücünə də qarşı tələblər var. Belə ki, şadlıq evlərində musiqi çalınarkən səsin gücü 85 desibeldən (dB(A)) yüksək olmamalıdır. Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidirlər. 85 desibel də ona görə seçilib ki, bu, beynəlxalq standartlarda belə nəzərdə tutulub. Mütəxəssislər hesab edirlər ki, səsin gücü bundan artıq olarsa, insan orqanizminə ciddi ziyan vura bilər. Lakin bu standartlara məhəl qoymayan obyektlərin sayı onlarladır".
F.Talıblı bildirib ki, prezident İlham Əliyevin göstərişi ilə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılanadək, yəni noyabrın 1-dən şadlıq evlərində bu standarlara dair tələblərin yerinə yetirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti həyata keçirirdi:
"Xidmətin elə təkcə Bakının Nizami rayonunda apardığı yoxlamalar zamanı yuxarı desibelli səsgücləndiricilərdən istifadə edən bir neçə şadlıq evi aşkar olunub. Əvvəlcə onlara xəbərdarlıq edildi. Çox müsbət haldır ki, bəzi sahibkarlar səsgücləndiricilərlə bağlı problemi aradan qaldırdılar. Lakin təkrar monitorinq zamanı məlum oldu ki, problemi həll etməyib, tələblərə biganə yanaşan şadlıq sarayları da var".
Komitə rəsmisinin sözlərinə görə, onlara qarşı İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən, müvafiq cərimə sanksiyaları tətbiq edilir: "İnzibati Xətalar Məcəlləsinə əsasən, müəyyən edilmiş standartların tələblərinin pozulmasına görə fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat məbləğində cərimə olunurlar".
Şöbə müdiri bildirib ki, praktikada şadlıq evlərinə qarşı cərimələr daha çox qida təhlükəsizliyinə əməl edilməməsinə görə tətbiq edilir: "Məsələn, qidaların, xüsusən salatların, lülə kababın çəkilmiş ətinin tərkibində bağırsaq çöpləri qrupuna daxil olan bakteriyalar aşkar edilib. Məhz bu fakta görə şadlıq evləri cərimə olundu. Belə şadlıq evlərinin arasında tanınmış, məşhurları da olub".
Qeyd edək ki, standarta əsasən, mətbəxdə çalışan heyət 3 aydan, digər xidmətlər göstərən heyət 6 aydan az olmamaqla tibbi müayinədən keçməli və sağlamlıq, yoluxucu xəstəliklərin olmadığı haqqında arayış təqdim etməlidirlər. Sarayda çalışan administrator, süfrəçi, barmen, somelye, aşpazlar işlədikləri sahə üzrə təhsilli olmalıdırlar. Standartda personal üçün ayrı-ayrılıqda tələblər və məhdudiyyətlər də göstərilib.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO