Azərbaycan İdeyası

Qohumunun evini yaran şəxs: "Şadlıq evinə borcum qalmışdı"

Tarix:13-10-2015, 16:56
Baxış Sayı:416

Bakının Binəqədi rayonunda Niyaz Fərəməzov dostları ilə birlikdə əlbir olaraq oğurluğa əl atıb.
Bakı sakini, 24 yaşlı Niyaz Murad oğlu Fərəməzov toydan sonra borclarını qaytarmaq üçün pul tapa bilmədikdə oğurluq etmək qərarına gəlib. O, tanışları - şəhər sakinləri Namiq Pirverdiyev və Simran İlyasovla görüşərək oğurluq etmək fikrində olduğunu bildirib və bu işdə onlardan kömək istəyib. Beləliklə, oktyabrın 5-də Niyaz Fərəməzov adıçəkilən şəxslərlə əlbir olaraq yaxın qohumu Fərqanə İbrahimovanın evindən qızıl əşyaları oğurlayıb.
"Korrupsya və Qanun" qəzetinin məlumatına görə Region TV-yə istinadən xəbər verir ki, qız qaçırdıb özünə toy edən Niyaz Fərəməzov toy borclarını da ödəyə bilmədiyi üçün bu yola əl atdığını bildirib: "Oktyabrın 1-i özümə toy elədim, qonaqlarımın çoxu gəlməmişdi deyə şadlıq evinə borclu qalmışdım. Toydan əvvəl də xeyli borc götürmüşdüm. Borc elədiyim adamlar çox sıxışdırdılar məni, kimə ağız açdım kömək eləmədi, mən də məcbur olub bu yola ət atdım. Dedim, girim evə, nə tapsam, götürüm, borcumu ödəyim, sonra deyərəm ki, mən eləmişəm".
Binəqədi polisi N.Fərəməzovu və cinayət yoldaşlarını saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı