Azərbaycan İdeyası

Tərtərə düşmən hücumu: Ölən və yaralananlar var - VİDEOREPORTAJ

Tarix:2-10-2020, 15:15
Baxış Sayı:73


Bu gün səhər saatlarından başlayaraq, Ermənistan ordusu Tərtəri ağır artilleriyadan atəşə tutub.
Baku TV xəbər verir ki, düşmən tərəfindən atılan mərmi nəticəsində rayonun Balakəngərli kəndində iki qadın yaralanıb.
Əraziyə mərmi düşən zaman sakinlər evdə olduğundan onların vəziyyəti ağırdır.
Düşmən mərmisi sakinlərin yaşadığı evə və onlara məxsus minik avtomobilinə ziyan vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün ümumilikdə Tərtərə 400-ə yaxın mərmi düşüb. Bu mərmilərdən biri mülki sakin, 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun ölümünə səbəb olub. Bundan başqa, bir sıra yaşayış evləri və iaşə obyektləri dağılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı