Azərbaycan İdeyası

Natiq Əliyev: "Özüm qərar qəbul etdim"

Tarix:20-10-2015, 12:17
Baxış Sayı:456


"Biz OPEC-in iclasında iştirak etmək üçün dəvət alsaq da, düşündüm ki, orada müzakirə olunan məsələlər bizim üçün o qədər də vacib deyil. Buna görə, özüm qərar qəbul etdim ki, orada iştirak etməyə ehtiyac yoxdur".
"Korrupsiya və Qanun" APA-ya istinadən xəbər verir ki, bunu energetika naziri Natiq Əliyev bildirib.
N. Əliyevin vurğulayıb ki, OPEC-in iclaslarında bir neçə vacib məsələ, o cümlədən neftin hasilatının azaldılması ilə bağlı məsələyə dəfələrlə baxılsa da, "Səudiyyə Ərəbistanı başda olmaqla, digər OPEC ölkələri heç zaman buna getməyib".
"Şübhəsiz ki, OPEC vaxtında belə bir qərar qəbul etsəydi, neftin hasilatını aşağı salsaydı, ola bilsin ki, neftin qiyməti artardı. Bu, bizim üçün də əlverişli olardı. Eyni zamanda, qeyri-OPEC ölkələri də neftin hasilatının azaldılması ilə bağlı səy göstəriblər", - deyə nazir əlavə edib.
"Bilirsiniz ki, Azərbaycanda hasil olan neft təkcə Azərbaycanın deyil, konsorsiumundur ona görə bu qərarı yalnız dövlət və ya hökumət qəbul edə bilməz", - deyə N. Əliyev bildirib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı