Azərbaycan İdeyası

Xurmanın içinə narkotik vasitə doldurub, sərhədi keçmək istədi

Tarix:22-10-2015, 15:41
Baxış Sayı:510

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Dünyamalı Qaraşova məxsus idman çantasına baxış zamanı həmin çantanın içərisindəki 2 ədəd xurma qutusunda eynilə xurma şəklinə salınmış vəziyyətdə, ümumi xalis çəkisi 775 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
"Korrupsiya və Qanun" qəzetin Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, həmin çantadakı çay qutusunun içərisində olan quru çayın arasında isə sellofan paketdə 94 ədəd metadon adlı həb aşkar olunub.
Bundan başqa, D.Qaraşovun üzərində şəxsi yoxlama zamanı isə ondan daha 4 ədəd metadon adlı həb aşkar edilərək götürülüb.
Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və cəmi 98 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 3,92 qram təşkil edir. Faktla bağlı təhqiqat aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı