Azərbaycan İdeyası

SEREBRAL İFLİCLİ UŞAĞIN VALİDEYNİNDƏN 40 MİN MANAT İSTƏNİLİB - EŞİTMƏ CİHAZI QOYULMASI ÜÇÜN

Tarix:2-10-2018, 16:01
Baxış Sayı:166



Uşaq serebral iflici prenatal, natal və erkən yaşlı uşaqlarda baş beynin zədələnməsidir. Xəstəlik
hərəki pozğunluqlarla – parezlər, koordinasiya pozğunluqları, hiperkinezlər, ataksiyalar, nitq
qabiliyyətinin pozulması və psixi pozğunluqlar və s. ilə xarakterizə olunur. Beynin
zədələnməsindən aslı olaraq yüngül, orta, ağır dərəcələri olur. Serebral iflicli uşaqların
əksəriyyəti bu xəstəliklə doğulur və illər boyu davam edir. Uşaq serebral iflicinin erkən
əlamətləri uşaqda 3 yaşadək müəyyən etmək olur.
Sabirabad rayonunun Axtaçı - Muğan kənd sakini, 1983-cü il təvəllüdlü Ağayev Xəyal Valeh
oğlu redaksiyamıza müraciət edərək bildirmişdir ki, 2016-cı ildə ailə qurduğu Hüseynova Günel
Şahüseyn qızı ilə birgə nigahından 2015-ci ildə Xəyyam, 2017-ci ildə Zenfira adlı iki uşaqları
dünyaya gəlmişdir. Xəyal Ağayev sosal durumu haqda məlumat verir ki, özü xəstəliklə əlaqədar
1-ci dərəcəli əlildir, aldığı 140 manat pensiya ailəsinin dolanışığını ödəmir. Taleyin ağır
zərbəsidir ki, oğlu Xəyyam da anadangəlmə əlildir, eşitmə qabiliyyətindən məhrumdur:
"Tərəfimdən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında oğlum həkim
müayinəsindən keçirilmiş və onda Bilaterial (çox ağır) IV dərəcə neyrosensor ağıreşitmə təsbit
edilmişdir. Onun eşitməsini normallaşdırmaq üçün cərrahiyyə əməliyyatı keçirilməli və qulağına
eşitmə cihazı qoyulmalıdır. Mən əməliyyat keçirilməklə Xəyyamın qulağına eşitmə cihazının
qoyulmasının qiymətini soruşduqda mənə bildirdilər ki, 30-40 min manata başa gələcəkdir və
mən bu əməliyyatı etdirməsəm, onun eşitməsini bərpa etdirmək mümkün olmayacaqdır".
Xəyal Ağayev yazır ki, atonik formalı serebral iflicdən əziyyət çəkən uşağının səhhət durumu ilə
əlaqədar 21.11.2017-ci il tarixdə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban
xanım Əliyevaya və Səhiyyə naziri cənab Oqtay Şirəliyevə müraciət etmişdir.
İnternetdə axtarış edib öyrəndik ki, Fizioterapiya və reabilitasiya belə uşaqlarda əsas müalicə
metodudur. Mütəmadi olaraq aparılmalıdır. Vaxtında aparılan müalicə xəstənin yaşam
standartlarını normallaşdırır. Uşaq serebral iflicləri fizioterapevtik olaraq müalicə olunan zaman
uşağın yaşı, ümumi sağlamlıq vəziyyəti, xəstəliyinin dərəcəsi, forması, qəbul etdiyi dərman
maddələri və individual baxış vacibdir. Müalicənin məqsədi xəstədə hərəki və psixi
pozğunluqları yaxşılaşdırmaq, uşaqdakı deformasiyaları əngəlləmək və cəmiyyətə
uyğunlaşdırmaqdır.
Valideyn əmindir ki, onun məktubu Mehriban xanım Əliyevaya çatdırılmayıb: "Məktubumu
alsaydı, bilirəm ki, övladımı əməliyyat etdirərdi".

Hər şeyə rəğmən, 30-40 min manatlıq eşitmə cihazının məsələsi araşdırılmalıdır. Görək o
nə cihazdır elə bu qiymətə!

OXŞAR XƏBƏRLƏR
Bugün yeri dəyişdirilən icra başçıları - TAM SİYAHI+VİDEO
Bugün yeri dəyişdirilən icra başçıları - TAM SİYAHI+VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə-TƏBRİKNAMƏ
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Avtobuslarda da bank kartı ilə ödəniş edəcəyik
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri
Bəkir Orucovla bağlı QƏRAR
Bəkir Orucovla bağlı QƏRAR
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Azərbaycanda bu vəzifəli şəxslərə cinayət işi açıldı
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!
Laçında və Zəfər yürüşü keçirilir+FOTO!