Azərbaycan İdeyası

Ələt-Astara avtomobil yolunda daha bir qəza baş verdi - 7 yaralı

Tarix:16-08-2016, 11:15
Baxış Sayı:415

Ələt-Astara avtomobil yolunda daha bir qəza baş verdi - 7 yaralı
İndiki saatlarda Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Dayıkənd kəndindən keçən hissəsində BMW və "Opel” markalı minik avtomaşınları qarşı-qarşıya toqquşub. Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, hadisəyə səbəb qaranlıq yola qəfil inək çıxması olub.

İnəyi vuran avtomaşınlardan biri idarəetməni itirərək digəri ilə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində hər iki avtomobildə olan və xəsarət alan 7 nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Xəstəxanadan saytımıza bildirildiyinə görə, bütün xəstələrin xəsarətləri yüngül olduğundan elə bu gün ambulator müalicəyə buraxılacaqlar.

Onu da qeyd edək ki, hər iki sürücü əslən Masallı rayonundandırlar. Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı