Azərbaycan İdeyası

Polisin yanında qoşa xətti keçdi, qaldırıb səkiyə çırpdılar – Bakıda

Tarix:18-11-2015, 12:13
Baxış Sayı:429

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürüccü ağır qəzaya səbəb olub
Bakıda ağır yol qəzası baş verib. Polisin yanında kobud qayda pozuntusuna yol verən qara rəngli minik avtomobili qəzaya səbəb olub. "Korrupsiya və qanun" saytına əsasən Avtosfer.az-ın məlumatına görə, qəza anı Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınıb. Videodan da göründüyü kimi, qara rəngli avtomobil yol nişanı sağa hərəkət etməyi göstərdiyi halda maşınların arası ilə düzünə hərəkət edib qoşa xəttin tələbini pozur. Əks istiqamətli yola çıxaraq düzünə hərəkət etmək istəyərkən öz yolu ilə hərəkətdə olan ağ rəngli avtomobil onu arxa yan tərəfindən vurur. Nəticədə qara rəngli avtomobilin arxası havaya qalxır və maşın səkiyə çırpılır. Ağ rəngli avtomobilin isə ön tərəfi əzilərək yararsız hala düşür.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı