Azərbaycan İdeyası

AZƏRBAYCAN RESPUBLIKASI HEYDƏR ƏLIYEV FONDUNUN PREZIDENTI MEHRIBAN XANIM ƏLIYEVAYA

Tarix:25-02-2020, 09:55
Baxış Sayı:253

Şirvan şəhəri, M.Müşfiq küçəsi, ev – 13 ünvanda yaşayan Mustafayev Amid Ağaqulu oğlu tərəfindən
Xahişnamə
Çox hörmətli Mehriban xanım!
Məlum edirəm ki, mən və ailə üzvlərim Azərbaycanda Heydər Əliyev siyasi kursunu və bu kursun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevi dəstəkləyən vətəndaşlarıq. Dövlətimizin daxili və xarici siyasətini bəyənirik, vətəndaşlarımızın rifahına xidmət edən sosial siyasətdən bəhrələnirik.
Hörmətli vitse-prezident, Sizin Heydər Əliyev Fondunun rəhbəri kimi, həm də Milli Məclis üzvü olduğunuz dönəmdə millət vəkili kimi fəaliyyətiniz boyunca xalqımız qarşısında göstərdiyiniz xidmətlər, ələlxüsus da atdığınız humanist addımlar birmənalı olaraq bütün cəmiyyət tərəfindən alqışlanır. Mən də məhz xeirxahlığınıza ümid edərək bu xahişnamə ilə Sizə müraciət etmək qərarına gəlmişəm.
Bildirirəm ki, 13.09. 2019-cu il tarixdən Şirvan Müalicə Diaqnostika Mərkəzinin Hemodializ şöbəsində hemodializ seansları almağa göndərilmişəm. Həftədə 3 dəfə 4 saat “AV vistula” vasitəsilə hemodializ seansları təyin olunmuşdur. Hazırda vəziyyətim stabil orta ağır kimi qiymətləndirilir. Diaqnozu qoyulan əsas xəstəliyimin bir sıra yan fəsadları da olmuşdur ki, onlar da müalicə tələb edir. I qrup əlilliyə görə aldığım 250 (iki üz əlli) manat pensiya dolanışığıma və müalicə xərclərimə yetmir. Odur ki, Sizdən xahiş edirəm, Heydər Əliyev Fondunun imkanları daxilində mənim müalicəmin təşkilinə köməklik edilməsinə göstəriş verəsiniz.
Qabaqcadan minnətdarlığımı bildirirəm.

Qoşma: Şəxsiyyət vəsiqəsinin surəti – 1(bir) vərəq; tibbi kartdan çıxarış – 1(bir) vərəq; DSMF Şirvan şəhər şöbəsindən arayış – 1(bir) vərəq.

İmza: A.A.Mustafayev

Tarix: 17.02.2020

OXŞAR XƏBƏRLƏR
İranda matəm elan edildi
İranda matəm elan edildi
İranda parçalanma prosesi gedir: Aksiyalarda xarici qüvvələrin əli açıq şəkildə görünür
İranda parçalanma prosesi gedir: Aksiyalarda xarici qüvvələrin əli açıq şəkildə görünür
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
DYP-dən sürücülərə təkər şinləri ilə bağlı XƏBƏRDARLIQ
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Ermənistana neft məhsullarının növbəti partiyası yola SALINDI .
Məktəblərdə tətil elan edildi - Bu ölkədə...
Məktəblərdə tətil elan edildi - Bu ölkədə...
Azərbaycanda ZƏLZƏLƏ oldu-FOTO
Azərbaycanda ZƏLZƏLƏ oldu-FOTO
Təbrik edirik+FOTO
Təbrik edirik+FOTO
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?
Kirayə mənzil bazarı: Tələb çox, təklif az - qiymətlər niyə əl yandırır?