Azərbaycan İdeyası

ƏLBİR OLUB BƏLƏDİYYƏ SƏDRİ POLİS RƏİSİ İLƏ…

Tarix:24-09-2020, 14:01
Baxış Sayı:927

İmişli şəhəri, Komsomol küçəsi - 52 ünvanda qeydiyyatda olan, hazırda Bakı şəhəri, Yasamal rayonu, U.Ələkbərov küçəsi - 114 D ünvanda məcburi koçkün kimi müvəqqəti məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Fidayəddin Nüsrəddin oğlu Qəhrəmanov “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək, Füzuli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Xəqani Məmmədovdan şikayətlənmişdir.
F.Qəhrəmanov ərizəsində bildirir ki, özünün uzun illər işləmiş olduğu “Azərittifaq” sisteminə aid olan Horadiz avtobazasının, Horadiz şəhərində bir sıra zavod, fabrik, idarə və müəssisələrin, rayonlararası bazaların, avtobazaların, Pambıq Zavoduna gedən yolun sabiq bələdiyyə sədri Ələkbərov Qərib Əsgər oğlu tərəfindən sökülüb-dağıdılaraq viran edilməsi barədə ilk dəfə 30.10.2016-cı il tarixdə polis rəisi Xəqani Məmmədova rəsmi müraciət edib. F.Qəhrəmanovun fikrincə, polis rəisi heç bir araşdırma aparmadan onun şikayətində göstərdiyi faktların guya öz təsdiqini tapmadığı qənaətinə gələrək, şikayət ərizəsini şöbənin dəftərxanasında arxivə vermişdir. Polis rəisi ona yazdığı 04.11.2016-cı il tarixli və 02.05.2020-ci il tarixli cavab məktularında polisə müraciətlərinin “eyni məzmunlu” olmasını əsas göstərərək, Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılmadan həmin materialın Füzuli Rayon Prokurorluğuna göndərildiyini qeyd edib.
Ərizəçi polisin apardığı araşdırmada onun iştirakını təmin etməməsini rəisin güddüyü maraqla əlaqələndirir və Qərib Ələkbərov tərəfindən talan edilmiş hesab etdiyi əmlakların sırasını sadalayır:
- Horadiz Pambıqtəmizləmə zavodu, ikimərtəbəli yaşayış evləri, inzibati idarə binası, həmin ərazidə pambıq saxlanılan dəmir çardaqlar, torpaq sahələri və digər tikinti-quraşdırma obyektləri; - Pambıq zavoduna yaxın ərazidə torpaq sahələri, üzüm qəbulu məntəqəsi, üzüm emalı şərab zavodunun bütün tikinti-quraşdırma obyektləri, idarə və inzibati binası; - “Azərittifaq”ın Horadiz rayonlararası satış bazası; - Füzuli Rayon Kooperativlər İstehlak Cəmiyyətinin balansında olan inzibati tikinti obyektləri; - “Azərittifaq”ın Horadiz Avtobazası…
Daha sonra F.Qəhrəmanov Ələkbərov Qəribin haram kapital hesabına özünə yaratdığı mülk-səltənəti sıralayır:
“Yaşadığı Əhmədbəyli kəndində böyük bir malikanəsi olduğu halda Horadiz şəhərinin Azadlıq prospektində poliklinikanın yanında musiqi məktəbini sökdürmüş, yerində qanunsuz 10 sot torpaq sahəsində ikimərtəbəli (4x4) alt-üst ev tikdirmişdir. Yeni avtovağzalın qabağında ikimərtəbəli 4 otaq altda və 4-ü üstdə ev tikdirmiş, deyilənə görə hər ayı 280 manata kirayəyə vermişdir. H.Əliyev prospektində 100 m2 işçi sahəsi olan təsərrüfat malları satışı üçün mağaza binası da onundur. Həmin mağaza Ələkbərov Qərib bələdiyyə sədri işləyəndə müavini olmuş Yəhyayev Hətəm Təbriz oğlunun adına keçirmişdir. Mağazanın adı Hətəmin adına, dadı Qəriblə deyilənə görə Məmmədov Xaqaninindir. Şübhəsizdir, Məmmədov Xəqani polis rəisi olmasaydı, Qəribi kim müdafiə edərdi? Polis rəisinin Horadiz şəhərində təmtəraqlı evinin tikilməsinə kim köməklik göstərərdi? Yəhyayev Hətəm kimdir? Deyilənə görə qardaşı şəhid olub. Ona görə mağazanı onun adma keçirib! Qərib anlamır ki, şəhid ailəsi ata, ana, həyat yoldaşı, uşaqları (18 yaşadək – red.) hesab olunur. Hətəm (əlil deyilsə - red.) şəhid ailəsi hesab edilmir”.
F.Qəhrəmanov hesab edir ki, Q.Ələkbərovun təsərrüfat malları mağazanın tikilməsində istifadə olunan inşaat materiallarının mənbəyi də polis şöbəsində araşdırılmayıb: “Polis rəisi yazdığı məktublarda qeyd edir ki, araşdırma aparılmışdır. Mən soruşuram, hörmətli Xəqani müəllim, mağazanın üstünə qoyulan panellər, işlədilən minlərlə mişar daşları, torpaq sahəsi kimdən, hardan alınıb? Axı, heç vaxt həmin panellər satışda olmayıb. Bu tikinti materiallarının alınmasının, daşınmasının, daşların tikilməsi, dəmir darvaza, qapı-pəncərə qoyulmasının, avtokran işlədilməsinin haqqını kim verib. Yəhyayev Hətəm Təbriz oğlunun bunları etməyə heç cür imkanı yoxdur”.
Ərizədə həmçinin qeyd olunur ki, Horadiz şəhərində olan bütün zavod, bazalar, obyektlərin, avtobazaların sökülüb-dağıdılmış tikinti materiallarının hesabına Harami deyilən böyük bir sahədə Ələkbərov Qərib Əsgər oğlu tikinti-quraşdırma işləri, o cümlədən malikanə tikdirmiş, şəhərciyə bənzədərək deyilənə görə şəhid qardaşı arvadının adına keçirmişdir: “Halbuki qardaşı arvadı uzun illərdir Bakıda yaşayır. Bəlkə də evi ona Qərib alıbdır. O qadından soruşan olsa Haramidə nəyin var, bəlkə də oranı tanımır, görməyib, bilmir. Bundan başqa, Ələkbərov Qərib Əsgər oğlu H.Əliyev prospektində tikdirdiyi 4 otaqdan ibarət kürsülü evi 30 ildən artıqdır Tümən vilayətinin Nijni Vartovski şəhərində qeydiyyatda olan və yaşayan Güluzənin adına keçirib. Bu fakt aşkar olandan sonra tez-tələsik evi bacısının adından bərbər Bayramov Təyyar Abış oğlunun adına keçirmişdir. Təyyardan soruşulanda bildirir ki, Gülizənin mənə borcu var idi. Etibarnamə olmadan onların arasında tamamilə saxta sənədləşmə aparılmışdır”.
F.Qəhrəmanov onu da bildirir ki, işlə əlaqədar Füzuli rayon prokurorunun köməkçisi Bayramov Vaqif Nəsib oğlunun 18 avqust 2016-cı il tarixdə qəbul etdiyi qərar əsassız olduğu üçün 22.11.2016-cı il tarixdə Respublika Prokurorluğu tərəfindən ləğv edilmiş, təkrar araşdırma aparılması məqsədilə Füzuli rayon Prokurorluğuna düzgün olmayan qaydada qaytarılmış, prokuror məzuniyyətdə olduğundan prokuror vəzifəsini icra edən Bayramov Vaqif yalandan olsa da, üzünü 2-ci dəfə əsas göstərmədən köçürmüşdür. Bayramov Vaqifin yalan, iftira, böhtanla yazdığı 25 yanvar 2017-ci il tarixli qərarı ilə razılaşa bilmirəm. Mənim iddiam davam edir. Qərarın əsası yoxdur, ləğv edilməlidir”.
F.Qəhrəmanov sabiq bələdiyyə sədri Ələkbərov Qərib Əsgər oğlunun, eləcə də onun havadarı hesab etdiyi Füzuli Rayon Polis Şöbəsinin rəisi Xəqani Məmmədovun barəsində konkret təsirli tədbir görülməsinə nail olmaq istəyir.
Şikayətçinin ortaya qoyduğu suallardan biri də budur: “Ələkbərov Qərib deyirmiş Şərab zavodunu özəlləşdirmişəm, guya bir hektar torpağı ilə birlikdə. Əgər onun özəlləşdirdiyi Şərab zavodunun sənədləri məndədirsə, o, necə sənədləşdirə bilər? Şərab zavodu üçün İqtisadi İnkişaf Nazirliyinin Departamentinin Qərib Ələkbərova verdiyi pasport qanuni sənəd deyil. Belə ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsi olduğu halda heç bir Nazirliyə, heç bir digər dövlət komitəsinə, departamentə icazə verilmir daşınmaz əmlakı özəlləşdirsin”.
F.Qəhrəmanov X.Məmmədovun Füzuli rayonundan əvvəl işlədiyi Nərimanov rayon 18-ci polis bölməsində xidmət etdiyi dönəmdə də qol qoyduğu qanunsuzluqlardan xəbəri olduğunu yazıb. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."