Azərbaycan İdeyası

Nardaranda danışıqlar bitdi - YENİLƏNİB

Tarix:27-11-2015, 16:45
Baxış Sayı:455

Nardaranda danışıqlar bitdi - YENİLƏNİB



Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.
Bu barədə Trend-ə kənd ağsaqqalı hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov, hacı İlqar və başqaları da iştirak edirlər. Məlumata görə, sakinlərdən asayişə riayət etmələri xahiş olunub.
Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: "Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".
Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: "Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meyitlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcəklər". Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, ümumi razılığa gəlinməyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı