Azərbaycan İdeyası

“Bakubus” sərnişinlərə müraciət etdi

Tarix:27-11-2015, 17:12
Baxış Sayı:481

“Bakubus” sərnişinlərə müraciət etdi





“Bakubus” MMC avtobuslardakı qəza düymələrindən istifadə ilə bağlı sərnişinlərə müraciət edib.
"Korrupsiy və Qanun" saytı AzVision.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkədə yazıb. Katib bildirib ki, sərnişinlər çox vaxt qəza düyməsinindən dayanacaqdan kənar düşmək üçün istifadə edirlər:
“Fotodakı bu düymə qəza çıxışının düyməsidir. Ondan ancaq qəza zamanı və ya fövqaladə bir hadisə baş verərsə istifadə etmək tələb olunur. Bəzi sərnişinlər sürücünün dayanacaqdan kənar saxlamadığını gördükdə acıq edərək işıqforda bu düyməni basır. Düymə basılanda qapılar avtomatik sıxılaraq açılır və qapı açıq olduğu müddətdə sürücü avtobusu hərəkətə gətirə bilmir. Məcbur olur ki, düşsün və qapını əvvəlki vəziyyətinə bərpa etsin. Nəticədə həm vaxt itkisi, həm də arzuolunmayan mübahisəyə yol açılır.
Sərnişinlərin bütün istəkləri nəzərə alınır. Ancaq bu istəklər qaydalara və standartlara ziddirsə, heç bir halda qəbul edilə bilməz. Dünyanın heç bir ölkəsində avtobus evimizin yaxınlığına qədər bizi daşımır”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı