Azərbaycan İdeyası

Maşınların qiyməti qalxacaq

Tarix:18-12-2015, 09:56
Baxış Sayı:442

Maşınların qiyməti qalxacaq




“Avro-4” standartının tətbiqinə baxmayaraq azərbaycanlı alıcıların avtomobil almaq üçün yenə də ən çox üz tutduğu yer Gürcüstan bazarıdır.
"Korrupsiya və Qanun" saytı ANS TV-yə istinadən xəbər verir ki, proqnozlaşdırılan bahalaşmaya bir neçə səbəb göstərilir ki, bunlardan başlıcası sağ sükanlı avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağadır. Belə maşınların Gürcüstanda alıcısı isə kifayət qədərdir. Bu il ərzində Yaponiyadan daxil olan sağ sükanlı ucuz avtomobillərin sayı ümumi avtomobil idxalında 50%-lik yer tutub.
“Sükanı sağda olan və ya sonradan sol tərəfə keçirilən avtomobillər ən ucuz nəqliyyat vasitələridir. Ölkənin avtomobil bazarında özünə yetərincə alıcı toplaya bilib. Sağ sükanlı avtomobillərin bazardan yığışdırılması, sol sükanlı nəqliyyat vasitələrinin qiymətini azaltmayacaq, əksinə onların dəyəri artacaq ki, bu da bahalaşmanı qaçılmaz edəcək”, - deyə Gürcüstan Yol Nəqliyyat Assosiasiyasının rəhbəri Davit Mesxişvili bildirib.
Bahalaşmaya digər səbəb isə Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən, ölkəyə gətirilən istismar müddəti 6 ili keçmiş avtomobillər üçün gömrük rüsumunun artırılması məsələsidir.
Bəzi ekspertlərin fikirincə, avtomobil bazarının yenilənməsi isə alıcıların sayının çoxalmasına səbəb ola bilər. Bu ilin ilk 10 ayı ərzində ölkədən avtomobil ixracı 3 dəfə azalıb.
2014-cü ildə avtomobil satışı ümumi iqtisadiyyatın 19%-ni təşkil etdiyi halda cari ildə bu faiz 8-ə enib.
Əsas alıcı qüvvəsi hesab edilən azərbaycanlıların isə bu il qonşu ölkənin maşın bazarında xərclədiyi pul 2014-cü illə müqayisədə 4 dəfə azalaraq 58 milyon dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı