Azərbaycan İdeyası

Qaradağ rayonunda “insulin üsyanı” yetişir

Tarix:21-12-2020, 17:21
Baxış Sayı:342

Paytaxtın Qaradağ rayonunun Ələt qəsəbə sakini İskəndərov Əhət Barat oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək yerli səhiyyənin fəaliyyətindən, daha doğrusu, fəasliyyətsizliyindən şikayətlənmişdir.
Vətəndaş İskəndərov 2013-cü ildən şəkər xəstəliyindən əziyyət çəkdiyini, elə həmin ildən Qaradağ rayonunda diabetli xəstə kimi qeydiyyatda olduğunu bildirir: “Hər səhər 0.5, axşamlar isə 0.2 milliqram vahidində şəkər dərmanı qəbul edirəm. Mənim şəkər həkimim mənə bir flakon yazır, bu mənə çatmır. Ona görə də hər üç aydan bir flakon öz cibimdən alıram. Hansı ki, dövlət bizi bu dərmanlarla təmin etməlidir. Həkimə müraciət edəndə mənə bildirir ki, “mənə göstəriş verilib, altı ayda bir iki flakon yaz, mən də sənə altı aydan bir iki flakon yaza bilərəm, çünki göstəriş belədir”. Mən həkimə izah edə bilmirəm ki, Siz yazdığınız bir flakon insulin mənə bəs eləmir. Mən Ələt qəsəbəsi sakini olduğum halda insulin üçün Qobustan qəsəbəsinə gedib insulin yazdırır, dərmanları isə Ələt qəsəbəsindən alıram. Xəstə və yaşlı adam üçün bu çox çətin və əziyyətlidir. Onu da qeyd edim ki, bizim həkim həftənin cüt günləri Ələt sakinlərini qəbul edir, həftənin tək günlərini isə Qobustan və Sanqaçal qəsəbə sakinlərini qəbul edərək, xəstələrə resept yazır. Onlar da gəlib dərmanı Ələtdən alırlar. Ələt qəsəbəsindəki poliklinikanın baş həkiminə dedim ki, həftənin cüt günləri həkim Ələtə gəlsin, otursun, xəstələri qəbul etsin. Baş həkim dedi ki, bu, mənim səlahiyyətimdə deyil. Mən baş həkimə sual verdim ki, bəs sahə həkimi gəlib bizi yoxlamalı deyilmi? Hansı ki, mən bu günə qədər sahə həkimini tanımıram. Həkimə sual verdim ki, onun rəhbərlik etdiyi bu poliklinikada neçə həkim çatışır. O, dedi ki, 10 həkim çatışmır. Mən baş həkimə iradımı bildirəndə ki, bəs dövlət bu qədər xərc çəkib, poliklinika tikib və bura külli miqdarda pul buraxıb, tibbi avadanlıqlarla təchiz edib. Hansı ki, b u avadanlıqlara böyük ehtiyac olduğu halda istifadə olunmur. Onu da qeyd edim ki, qəsəbə sakinləri müasir aparatlarla müayinədən keçmək üçün kənar yerlərə üz tuturlar. Bu da xəstələr üçün çox çətinlik yaradır. Çünki, həkim çatışmazlığı var”.
Vətəndaş İskəndərov müraciətində qeyd etdiklərini KİV-də ictimailəşdirməyi və aidiyyati orqanlara çatdırılmasını redaksiyadan xahiş etmişdir.
Xatırladaq ki, bir müddət əvvəl Gununsesi.org saytı Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 23 saylı Birləşmiş Şəhər xəstəxanasında şəkərli diabetdən əziyyət çəkən xəstələrlə həkimlərin insulin davasını əks etdirən videogörüntüləri yaymışdı.

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
18 oktyabr- Müstəqilliyin bərpası günüdür
18 oktyabr- Müstəqilliyin bərpası günüdür
İmtahan cavablarını üzündən köçürən müəllimə üstünlük verilir
İmtahan cavablarını üzündən köçürən müəllimə üstünlük verilir
Məhkəmə tərkibinə sədrlik edən İlham Əsədov və köməkçi hakimlər - Samir Mayılov, Tale Kərimov cənablarının saxta faktlar əsasında qəbul etdikləri 2(106)-1009/2024 saylı “QƏTnamə” nağılı!
Məhkəmə tərkibinə sədrlik edən İlham Əsədov və köməkçi hakimlər - Samir Mayılov, Tale Kərimov cənablarının saxta faktlar əsasında  qəbul etdikləri  2(106)-1009/2024 saylı “QƏTnamə” nağılı!
Ürəyinin üç damarı dəyişdirilib, əlillik statusu verilmir
Ürəyinin üç damarı dəyişdirilib, əlillik statusu verilmir
Bakıdakı 108 saylı məktəbdə kimya laborantı ştatı qanunsuz ləğv olunur
Bakıdakı 108 saylı məktəbdə kimya laborantı ştatı qanunsuz ləğv olunur
Boşanmış ana uşaqlarını keçmiş ərinin razılığı olmadan xaricə qaçırıb
Boşanmış ana uşaqlarını keçmiş ərinin razılığı olmadan xaricə qaçırıb
Azərbaycan SSR prokurorunun birinci müavini Murad Köçəri oğlu Babayevi Hüseynov Güloğlan Pəli oğlunun cinayət faktıyla əlaqədar müraciətinə 28.08.1989-cu il tarixdə Moskvaya yalan cavab yazıb göndərməyə kim və nə təhrik etmişdir?

Yalandır-yalan!
Yalandır-yalan!