Azərbaycan İdeyası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Tarix:Bu gün, 13:30
Baxış Sayı:1

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib.

Qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini dedilər və bu tədbirin əhəmiyyətinə toxunublar.

Prezident İlham Əliyev ölkəmizin həm Çin, həm də İtaliya ilə sıx münasibətlərinin olduğunu vurğulayıb, hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdıqlarını bildirib.
Söhbət zamanı "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edildiyi xatırlanıb, ölkəmizdə mövcud əlverişli biznes mühitinə toxunuldu, yerli sahibkarlarla yanaşı, xarici investorlar üçün yaradılmış münbit şəraitdən bəhs olunub.

Görüşdə yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin praktiki tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, ölkəmizlə bu şirkətlər arasında əməkdaşlıq imkanları müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq