Azərbaycan İdeyası

Biləsuvarda İran vətəndaşından külli miqdarda narkotik aşkarlandı

Tarix:19-03-2021, 11:18
Baxış Sayı:295

Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində saxlanılan İran vətəndaşından səkkiz kiloqramdan artıq müxtəlif növ güclü təsiredən narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşı Əmirhüseyn Rüstəminin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib və dövlət sərhədini qanunsuz olaraq keçməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Əlindəki çantaya keçirilən baxış zamanı ayrı-ayrı plastik qablarda ümumi çəkisi beş kiloqram 680 qram narkotik vasitə heroin, iki kiloqram 785 qram psixotrop maddə metamfetamin, 145 qram narkotik vasitə tiryək, 177 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda İran vətəndaşından külli miqdarda narkotik aşkarlandı

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı