Azərbaycan İdeyası

Azərbaycan və Türkiyə kapital bazarında da əməkdaşlıq edəcək

Tarix:23-04-2021, 17:20
Baxış Sayı:75




Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Mərkəzi Bankdan memorandumun məqsədi hər iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.

İmzalanmış Memoranduma əsasən hər iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, kapital bazarları məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

Qeyd edilib ki, imzalanmış bu memorandum iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, maliyyə sektorunda da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, həm kapital bazarlarının, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.


Azərbaycan və Türkiyə kapital bazarında da əməkdaşlıq edəcək

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı