Azərbaycan İdeyası

Ölkədən kapital çıxarılmasının qarşısı alınır

Tarix:19-01-2016, 12:09
Baxış Sayı:390

Ölkədən kapital çıxarılmasının qarşısı alınır



“Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində valyuta və kapital hərəkəti əhəmiyyətli dərəcədə liberallaşdırılır.
"Karrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Baş bankir bildirib ki, qanun layihəsi dünyanın bir çox ölkələrində tətbiq edilir və bu, kapital və valyuta hərəkətinin liberallaşdırılmasına əsaslanır. “Kapitalın və valyutanın hərəkətinin liberallaşdırılması o deməkdir ki, ölkəyə kapital axını liberallaşdırılır. Kapital və valyuta hərəkətinə tam qadağa da qoymaq olardı. Bu, o demək idi ki, ölkəyə kapital axını qəbul edilməsin. Biz bu qanun layihəsinə görə, ölkədən kapital çıxarılmasına məsələsində yığım tətbiq etdik. Məsələn, bunlardan biri birbaşa xaricə investisiyalar, əmlakın alınması və xaricdə hesabların açılmasıdır. Bu qanun layihəsində valyuta və kapitalın hərəkətinə tam qadağa tətbiq edilməyib. Lakin insanlar təhsil, səhiyyə xərcləri ilə bağlı müvafiq sənədləri təqdim etməklə banklar tərəfindən bu proses tənzimlənəcək. Burada 20%-lik yığım tətbiq olunacaq. “Valyuta tənzimi haqqında” qanun layihəsi valyuta və kapital hərəkətini tam qadağan etmir, sadəcə bu proseslər iqtisadi metodla tənzimlənir”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı