Azərbaycan İdeyası

Dələduzların vəzifələri nəzərə alınmayıb - Hakim müttəhimə münasibətdə həddən ziyadə humanist hökmünü zərərçəkənlərdən bir il gizlədib

Tarix:27-05-2021, 11:33
Baxış Sayı:1 024

Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakinləri Həsənova Həvayət Firudun qızı və Həsənov Əsgər Firidun oğlu və digərləri Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazova ünvanladıqları 10 aprel 2021-ci il tarixli ərizənin bir surətini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərərək, ərizədə ehtiva olunan problemlərinin KİV-də ictimailəşdirilməsini xahiş etmişlər.

Müəlliflər bildirirlər ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Qaranüy tibb məntəqəsinin müdiri vəzifəsində işləyən, 14.05.2019-cu il tarixdə Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təksirli bilinərək bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Qarayeva Dünya Oruc qızı Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsində məsləhətçi mühasib vəzifəsində işləyən Abbasova Sima İsfəndiyar qızı ilə cinayət əlaqəsinə girərək onlara və daha bir neçə həmkəndlilərinə - Həsənova Səxavəd Firudun qızına, Hüseyinova Cümayə Yusif qızına, Namazova Samirə Hüseyin qızına, Abbasova Sevinc Ramiz qızına və Mehdixanova Aynurə İlyas qızına qarşı, eləcə də naməlum səbəbdən 180806090 saylı cinayət işinin istintaqından kənarda qalan Elməddin Abbasova və Həsənov Firidun Əsgər oğluna qarşı cinayət əməli törətmişlər. Şəmkir rayon prokuroru Azər Hətəmov tərəfindən 05.12.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1;178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi qaldırılmış və həmin cinayət işinin istintaqı 01.07.2019-cu il tarixində yekulaşdırılaraq Şəmkir rayon Polis Şöbəsinin müstəntiqi Gözəlov Elvin Sahib oğlu tərəfindən ittiiham aktı tərtib edilərək, məhkəmə istintaqının aparılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.

Şikayətçilər qeyd edirlər ki, həmin cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsinin hakimi cənab İmanov Zaman Şakir oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 05.02.2020-ci il tarixli, 1(076) -4/2020 saylı ədalətsiz və saxta ittiham hökmü çıxarmışdır! Bu qənaətlərini aşağıdakı faktlarla, sübutlarla təsdiqləyirlər:

“1. Qeyd etdiyimiz cinayət işinin istintaqını aparan müstətiq Gözəlov Elvin Sahib oğlu bizə məlum olmayan səbəb üzündən 19.09.2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, baş prokuror cənab Kamran Əliyevə, Dövlət Təhükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə ünvanladığımız və “Korrupsiya və Qanun” qəzetinin 05(31) saylı, 10.2020-ci il tarixli buraxılışında dərc olunan ərizəmizdə Qarayeva Dünya Oruc qızının dələduzluq yolu ilə bizdən savayı, digər vətəndaşlar Elməddin Abbasovu və Firudin Həsnovu Şəmkir Rayon Yaşıllaşdırma İdarəsinə işə düzəldilməsini vəd edərək 5000 AZN maliyyə vəsaitini ələ küçirməsi faktını, ümumilikdə 11 nəfər Şəmkir rayon sakinlərini aldadaraq, toplam 47450 AZN maliyyə vəsaitini mənimsəməsi faktı da cinayət işi üzrə tərtib olunan ittiham aktında öz əksini tapmamışdır!

2. Bundan başqa, istər Qarayeva Dünya Oruc qızının Şəmkir RMX tabeliyində olan Qaranüy tibb məntəqəsinin müdiri və onunla cinayət əlaqəsinə girən Abbasova Sima İsfəndiyar qızının isə Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsində məsləhətçi-mühasib vəzifəsində işlədiyi nəzərə alınmamış və nəticədə onlar barəsində yalnız ittiham aktında qeyd edilən Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsindən savayı həmin məcəllənin 308- maddəsində (Vəzifə səlahiyətlərindən sui-istifadə etmə) və 309-cu maddəsində (Vəzifə səalhiyyətlərini aşma), eləcə də 109-cu maddəsində (Dələduzluq yolu ilə fiziki şəxslərin əmlakını talama, mənimsəmə) nəzərdə tutulan cinayət əməlləri törətmiş olsalar da belə, lakin, Şəmkir rayon prokuroru Azər Hətəmov onlar barəsində Cinayət Məcəlləsinin həmin maddələrini bizə məlum olmayan səbəbdən, tətbiq etməmiş, bununla da, cinayət işinin istintaqı zamanı CPM-nin 8, 9, 10, 213 və 215-ci maddələrinin tələblərini də kobud şəkildə pozaraq Qarayeva Dünya Oruc qızı və Abbasova Sima İsfəndiyar qızı barələrində ibtidai istintaqın aparılmasını aidiyyəti üzrə rayon prokurrluğuna deyil, Şəmkir Rayon Polis şöbəsinin istintaq bölməsinə göndərmişdir!!! Müttəhimlər Qarayeva Dünya və Abbasova Sima barəsində cinayət işinin başlanması və ibtidai istintaqın aparılması zamanı müstəntiq Elvin Gözəlov, rayon prokuroru Azər Hətəmov cənablarının nə məqsədlə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti edərək, qanunun tələblərini nə məqsədlə kobud şəkildə pozduqlarını başa düşən Şəmkir Rayon Məhkəməsinin hakimi cənab İmanov Zaman Şakir oğlu da, öz növbəsində, məhkəmə istintaqı aparıb, iş üzrə yekun ittiham hökmü çıxararkən Cinayət Prosessual Məcəlləsinin bir sıra maddələrinin-1.3; 6.1; 8; 10; 11; 12; 32; 28; 349; 351.3.3; tələblərini də kobud şəkildə pozaraq cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınan şəxsləri – bizi - Yuxarı Seyfəli kənd sakilərini məhkəmə istintaqından kənarlaşdırmışdır!!! Bununla da o, iş üzrə çıxardığı ittiham hökmündə həqiqətə uyğun olmayan faktlara istinad etməklə, vəzifə saxtakarlığına yol vermişdir!!! Belə ki, çox çətinliklə “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman xanım Quliyevanın köməklliyi sayəsində həmin ittiham hökmünün surətini yalnız bir ildən sonra 2021-ci ilin əvvələrində Şəmkir Rayon Məhkəməsindən əldə edib, onunla tanış olduqda hökmü qəbul edən hakim cənab İmanov Zaman tərəfindən hökmün 10 və 11-ci səhifələrində məhkəmənin təqsirləndirilən şəxs Qarayeva Dünya Oruc qızının törətdiyi cinayət əməlindən səmimi peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, zərər çəkmiş şəxslərin əksəriyyəti ilə barışıq əldə etməklə onlara dəyən ziyanı tamamı ilə ödəməsi (?!) kimi həqiqəti əks etdirməyən, yalan faktlara əsaslandığını müəyyən etdik!!! Belə ki, müttəhim Dünya Qarayeva törətdiyi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayət əməlləri ilə ziyan vurduğu əksəriyyət təşkil edən 6 nəfər Yuxarı Seyfəli kənd sakinlərindən ələ keçirib mənimsədiyi 45 000 AZN maliyyə vəsaitlərindən bir manat da olsun bizə ödəmədiyindən, biz həmin dələduz, ziyankar, cinayətkar tibb məntəqəsi müdiriylə bu günədək barışmamışıq. Hesab edirik ki, dələduz Dünya Qarayeva cinayət yolu ilə ələ keçirdiyi 45 000 AZN pulu hakim Zamin İmanova verdiyi səbəbindən, o da öz növbəsində həmin vəsaitin müqabilində yalan faktlara əsaslanaraq cinayətkar Dünya Qarayevanın “səmimiyyətinə” inanıb, bizi məhkəmə istintaqından kənarlaşdırıb, nəticədə 05.02.2020-ci il tarixdə qəbul etdiyi ədalətsiz, saxta və cinayət tərkibli hökmünü bir il bizə təqdim etməməklə, onu gizlətmişdir!!!

3. Bundan başqa, hakim cənab Zaman İmanov müttəhim Dünya Qarayevanın təkrar dələduzluq cinayət əməllərini törətdiyini dəqiq bildiyi halda onun elə özü kimi “səmimi” olduğuna inanıb, bu faktı CM-in 61.1.1-ci maddəsinin tələbinə uyğun olaraq onun cinayət əməlinə ağırlaşdırıcı hal kimi hüquqi qiymət də verməmişdir.

4. Bundan savayı, Dünya Oruc qızı Qarayevanın bizə qarşı törətdiyi dələduzluq və bir sıra vəzifə cinayət əməlləri üzrə qəbul edilən istər ittiham aktını, istərsə də hökmünün sürətini Şəmkir Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisindən tələb etdikdə, o, bizə bildirdi ki, “Dünya Qarayevanın sizdən savayı, digər bir qrup vətəndaşlara qarşı da törətdiyi cinayət əməlləri barədə hazırda onun barəsində növbəti dəfə cinayət işi qaldırılıb və istintaq hərəkətləri davam etdirilir”!!! Göründüyü kimi, silsiləli dələduzluq və vəzifə cinayət əməlləri törətmiş Dünya Oruc qızı Qarayeva bizə və digər Şəmkir rayon sakinlərinə qarşı törətdiyi cinayət əməllərinə istər rayon prokuroru cənab Azər Hətəmov, istərsə də hakim İmanov Zaman Şakir oğlu tərəfindən onun “səmimiyyətinə” olan inamlarından, göstərdikləri qeyri-adi hummanistlikdən və qayğılarından yararlanaraq cinayətkar Dünya Qarayeva Şəmkir rayon sakinlərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq kimi ağır cinayət əməlləri törətməklə onların külli miqdarda maliyyə vəsaitlərini ələ keçirib, mənimsəyib, açıq aşkar talamaq kimi ziyankar hərəkətlərini davam etdirməkdədir!!!”

Ərizələrinə Qarayeva Dünya Oruc qızının onlara təqdim etdiyi bank kartlarının ksero-surətlərini də əlavə edən müəlliflər müraciət etdikləri yüksək vəzifəli şəxslərdən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Qaranüy tibb məntəqəsinin müdiri vəzifəsində işləyən Dünya Oruc qızı Qarayevanın onlara - Şəmkir rayon Yuxarı Seyfəli kənd sakinlərinə qarşı törətdiyi dələduzluq cinayət əməlləri ilə ələ keçirərək məninsədiyi 45000 AZN maliyyə vəsaitinin ondan alınaraq qaytarılması və ona himayədarlıq edən və qayğı göstərən Şəmkir rayon prokuroru Azər Hətəmov, müstəntiq Gözəlov Elvin Sahib oğlu və hakim Zaman Şakir oğlu İmanov cənablarının yol verdikləri cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün müdaxilə etmələrini xahiş edirlər.

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür