Azərbaycan İdeyası

Görək, Şirvan apellyasiya məhkəməsi Astarada qonşunun torpağını “dızd” eləyəni neyləyəcək

Tarix:20-09-2021, 11:35
Baxış Sayı:175

Astara rayonunun Çayoba kəndinin ən ilk adı Dızdəvişə (talışca "dızd" - oğru, "vişə" - meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır. 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır.
Deyəsən, Azərbaycan xalqının sözün həqiqi mənasında əziz-girami etnik qruplarından olan talışların o “dızd” dedikləri oğrulardan indi də qalır. Özü də vəzndə yüngül və daşına bilən şeyləri yox, torpaq (ərazi) oğruları. Bu günlərdə redaksiyamıza Astara rayonunun Çayoba kəndində anadan olmuş, Bakı şəhəri, S.S.Axundov küçəsi. Ev 1B, mənzil – 101 ünvanda qeydiyyatda olan və yaşayan Əliyev Zamin Ağali oğlu müraciət edərək qarşılaşdığı problemin kütləvi informasiya vasitəsində ictimailəşdirilməsini, həlli üçün aidiyyati orqanlara çatdırılmasını xahiş etmişdir. Zamin Əliyev bildirir ki, Çayobada onun ailə üzvlərinə vaxtilə dövlət tərəfindən ayrılmış və qanuni sənədlərlə onlara məxsus 1,05 hektar pay torpağın bir hissəsi Əliyev Polad Qeybi oğlu tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir. Nəticədə aralarında mübahisə düşmüş, hazırda iş Şirvan Apellyasiya Məhkəməsindədir.
Ümid edirik ki, apellyasiya instansiyası məhkəməsi işə ədalətli yanaşacaq. Həmçinin, tərəfimizdən müvafiq instansiyalara, o cümlədən, Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu məktubları göndəriləcək.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı