Azərbaycan İdeyası

"NAZİRLİKLƏ İCRA HAKİMİYYƏTİ ARASINDA QALMIŞAM"

Tarix:26-01-2018, 12:21
Baxış Sayı:291


Əmlakı dövlət ehtiyacı üçün alınmış vətəndaş əlində məhkəmə qərarı ola-ola kompensasiya ala bilmir
*
Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev küçəsi ev 79, mənzil 14 ünvanda qeydiyyatda olan və yaşayan vətəndaş Quliyev Zahir İslam oğlu redaksiyamıza müraciət edərək bildirmişdir ki, vaxtilə işləmiş olduğu Azərbaycan Dəmir Yol İdarəsi tərəfindən ona verilmiş Nəsimi rayonu Yusif Səfərov küçəsi 36 ünvandakı 6 hektar torpaq sahəsinin üzərində inşa etdiyi 3 otaqlı ev və tövlə dövlət ehtiyacı üçün alınmış və Bakı ŞİH-nin 22.04.2011-ci il tarixli 188 saylı sərəncamı ilə sökülmüşdür. Onunla oxşar vəziyyətlə üzləşən qonşularına hər m2 üçün 1500 manat kompensasiya ödənildiyi halda Nəsimi RİH ona kompensasiya ödəməkdən imtina etmiş, imtinanı da belə əsaslandırmağa çalışmışdır ki, Quliyevə məxsus əmlaka dair hüquq müəyyənedici sənədlər yoxdur. Belə olan halda Quliyev Zahir İsmayıl oğlu 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, 234000 manat kompensasiyanın ona verilməsi öhdəliyinin Nəsimi Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasını xahiş edib. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 08 yanvar 2015-ci il tarixli qərarı ilə 219000 manat həddində iddia tələbi təmin edilib, lakin cavabdeh həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi 29 aprel 2015-ci il tarixdə şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Belə olan halda cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikasının Ali Məhkəməsi 14 iyul 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətini də təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Qərarın surəti iddiaçıya da, cavabdehə də verilmiş, icra olunması üçün icra vərəqəsi isə Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti məsələ ilə bağlı Maliyyə Nazirliyinə məktub yazıb. Hansı formada cavab veriləcəksə, icra orqanı olaraq Nəsimi rayon İcra Hakimiyyəti də müvafiq addımları atacaq.
Hazırda yataqxanada yaşadıqlarını bildirən Quliyev İcra Hakimiyyəti ilə Maliyyə Nazirliyinin arasında qaldığını yazır: "Nazirlikdə deyirlər ki, sənin evini rayon icra hakimiyyəti söküb, get pulunu onlardan al. İcra Hakimiyyətində isə bildirirlər ki, nə vaxt Maliyyə Nazirliyi pul ayırsa, onda sənin pulunu verə biləcəyik".
Yeri gəlmişkən xatırladaq ki, Nəsimi rayon İcra Şöbəsi Nəsimi RİH-nin başçısı barəsində Ədliyyə Nazirliyi İstintaq İdarəsinə Cinayət Məcəlləsinin 306-cı maddəsinin ikinci hissəsi ilə təqdimat yaza bilər. Həmin hissədə qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, hökmü, qərardadı, qərarı və ya əmri qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə (vəzifəli şəxs tərəfindən) - şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı