Azərbaycan İdeyası

“QAÇQINKOM”UN PÜŞKÜ ŞEYTANA SATILIB – Məcburi köçkünə vəd etdikləri həyətdə ağac əkdirdilər, amma evi vermədilər

Tarix:19-10-2021, 09:58
Baxış Sayı:507

Azərbaycan uzun illərdi ki, dünyada əhalisinin hər on nəfərindən biri qaçqın və ya məcburi köçkün olan yeganə ölkə idi. Məcburi köçkünlərin problemləri onillərlə ölkədə ən ağrılı problem olub, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun və həyatı vacib məsələlərinin həllinə dövlət hər il yüz milyon manatlarla vəsait xərcləyib. Bütün bu problemlərin kompleks həlli üçün Azərbaycanda xüsusi bir qurum - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan Vətən müharibəsində qalib gələrək, 30 ilə yaxın işğal altında olan ərazilərinin çoxdan gözlənilən azadlığına nail olub. Öz evlərindən qovulmuş məcburi köçkünlərin öz doğma yurdlarına Böyük qayıdışı gerçəkliyə çevrilib. Əlbəttə, onlar düşmənin darmadağın etdiyi şəhər və kəndlərə deyil, mina və partlayıcılarla dolu torpaqlara deyil, normal yaşayış üçün hazırlanmış, nəqliyyat və kommunal infrastrukturu bərpa olunmuş ərazilərə qayıtmalıdırlar. Və artıq bu istiqamətdə iş gedir, insanların mümkün qədər tez bir zamanda öz doğma torpaqlarına qayıtmaq imkanı əldə etməsi üçün dövlət zəruri tədbirlər görür.
Lakin məcburi köçkünlər arasında mənzil bölgüsündə məmur özbaşınalığından, ədalətsizlikdən, korrupsiya hüquqpozmalarından şikayətlənənlər hələ də çoxdur. Bu günlərdə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına Füzuli rayonunun işıqlı kəndində qeydiyyatda olan, Füzuli rayonu Fin qəsəbə İnzibati Ərazi Dairəsi, Kərpic massivində yaşayan, 1993-cü ildən köçkün düşmüş, I qrup əlil vətəndaş Qənbərov Mirzalı Gəncalı oğlu ərizə ilə müraciət etmişdir. Onun şikayəti Dövlət Komitəsinin aparat rəhbəri, qaçqın və məcburi köçkünlərə ev (mənzil) verilməsi üzrə komissiyasının sədri cənab Eldar Zeynalovdan və onun Füzuli rayonu üzrə nümayəndəsi Elmir Allahyarovdandır.
Şikayətçi evlərin (mənzillərin) rüşvətlə verilməsindən, mənzil şəraitini yaxşılaşdırmağa az ehtiyaclı şəxslərin evlərini kirayə verməsindən yazır və bildirir ki, 1995-ci ilin sonunda ona da Füzuli rayonunda order sənədi ilə fin evi veribmişlər: “Sonra həmin fin evləri yeni tikilmiş “400-lük” evlərlə əvəz dildi və köçkünlər həmin evlərə köçürüldülər. Mənə isə pulum olmadığı üçün o vaxt ev vermədilər. O ərəfədə birgə avtoqəzaya düşdüyümüz həyat yoldaşımla xəstəxanadan əlil olaraq təzəcı döndüyümüz üçün imkanımız yox idi. Həmin vaxt əvvəlcə İcra Hakimiyyətində Alı Alıyevin, sonra da Qaçqınkomun nümayəndəsi Elmir Allahyarovun qəbulunda oldum. Çox söhbətdən, mübahisədən, yalvar-yaxardan sonra oğlumla mənə ev verilməsi üçün 2 (iki)_ min manat pul istədi. Mənim pulum yox idi. Oğlum axtarıb bir nəfərdən 1 (bir) min manat borc tapdı. Həmin pulu Elmirə verəndə, təklif etdi ki seçim edək – hansımıza versin. Mən isə üç uşaq atası olan oğlum Elzada ev verilməsini istədim. Elmir pulu aldı, Elzad evlə təmin olundu. Mənə isə növbəyə alındığımı dedi, tikiləcək növbəti evlərdən təmin olunacağımı vəd etdi... Vaxt-zaman gəldi, ikinci dəfə Finin köhnə yerində 95 ev tikilməyə başlanan zaman Elmir Allahyarov xüsusi komissiyalarla, çəkiliş qrupu ilə birlikdə Kərpicə gəldilər. və kimə ev verilməlidirsə, onların evlərinin şəkillərini çəkdilər. 95 evdən onlara da verilməsinin siyahısını apardılar, növbəyə yazdılar, sənədlərini aldılar. Sonra evlər tikilən zaman yenə də əlavə olaraq ikinci dəfə sənədlərimizi aldılar. Mənə də növbədə olduğumu bildirdilər. Tikintiyə başlanan zaman mənim orada olan fin evimi götürdülər, yerində ev tikdilər. Xahiş etdim ki, mənim finimin yerində tikdiyiniz evi, yəni, ikiotaqlı evin mənə verilməsinə köməklik göstərsinlər. Elmir Allahyarov tikintini apran baş iş icraçısı – nəzarətçi Sədrəddinə xahiş etdi ki, qoy Mirzalı köhnə finin yerində olduğu evin həyətində ağac əksin, köhnə ağacları orda var. Bəli, tikintini apranlar da razı oldular. Mən ora əlavə ağaclar əkdim, vedrə ilə suvarıb becərdim. Bildirirəm ki, həmin ərəfədə tikintinin iş icraçısı olan Xanlar və anbardarlar tikintiyə sərf olunası materialları avtokranla yedəkli yekə maşınlara yığıb, oğurlayaraq satışa göndərdikləri zaman mən oğlumla onların arxasınca getdim. Gördüm ki, erməni tərəflə bizim sərhəddə olan Kürdmahmudlu və Alxanlı kəndləri arasında yerləşən şəxsi evlərdən birinin həyətinə boşaldırlar. Mən onları müşahidə edib şəkillərini çəkdim, görüntülərinin qeydə alındığı kaseti rəsmi surətdə rayon prokuroruna və polisinə göndərdim. Təhqiqat getdi. Sonra necə oldusa, cəzadan yaxa qurtardılar. Həmin kasetin biri 13 vərəq müşayiətedici məktubla birgə Dövlət Təhlükəsizlik Xidmətinə, oradan da aidiyyəti üzrə Qaçqınkom sədri cənab Rzayevə, ikincisi baş prokurora, üçüncüsü isə Korrupsiyaya Qarşı Mübarixzə Baş İdarəsinə ünvanlanıb. Lakin həmin müraciətlərimə baxan yoxdur!.
Vətəndaş Mirzalı Qənbərov iddia edir ki, həmin 95 evin hamısı pulla satılıb: “Ev alanların arasında az şəxs var ki, aidiyyəti üzrə köçkündür. Hər ev üçün ayrıca olaraq 1000 (bir min) manat pul yığılıb və şərt kəsilib ki, həmin pulu verən hər iki təsərrüfatdan – yəni, həm köhnə yurddan, həm təzə yurddan istifadə edə bilsin. Hər iki evdə işıqları yanır, qaz təminatı var, içməli və təsərrüfat suyu istehlak olunur, torpaqdan istifadə edirlər. Belə ki, çoxu təzə evi kirayəyə verib, özləri köhnə evdə yaşayırlar. Kommunal xidmət haqqı ödənimir, oğurlanır, vergidən yayınma halları ilə büdcəyə külli miqdarda ziyan vurulur. Evlər həqiqi ehtiyacı olabnlara deyil, pulu olanlar verilir. 95-lik evlərin birincisi – 4 otaqlı olanı hazırda 10000 (on min) manata satlığa qoyulub. Video-kasetlə müşayiət olunan ərizəmdə kirayəyə verilmiş evləri də göstərmişəm, onlarda kirayə yaşayan şəxslərin nə ilə məşğul olduqları bilinmir. Hər gecə qəsəbəyə yüzlərlə kimliyi məlum olmayan kənar şəxs daxil olur. Qəsəbəyə baxan yoxdur, hamısı “sığortalanıblar”, toxunulmazdırlar...”
Qınbərov nəhayətdə yazır ki, 09 mart 2021-cdi il tarixdə evlər paylanıb sahiblərinə veriləndə hamıdan qabaq o özü ora gedib və alacağına ümid etdiyi evin orderinin verilməsini tələb edib: “Həmin vaxt orada olan komissiya sədri Natiq Hüseynov dedi ki, sənin adın evf siyahısında yoxdur. Çox mübahisədən sonra Natiq Hüseynov məni oradan zorla kənarlaşdırdı. Dərhal İcra Hakimiyyətinə gəldim və mənə ev verilmədiyini, gizli olaraq adımı ev növbəsindən çıxardıqlarını cənab başçı Alı Alıyevə bildirdim. Alıyev iusə mənə onların işinə qarışmadığını dedi. Ertəsi gün, yəni, martın 10-da Elmir Allahyarovun ofisinə getdim və ondan mənə ev verilmədiyini təsdiqləyən arayış aldım, iddiaçı olduğumu bildirdim. O vaxtdan da iddiaçıyam. Eldar Zeynalov isə özünü müdafiə etmək üçün görəsən hansı əsasla yazır ki, guya mənə ev verirmişlər, mən imtina etmişəm?”
Ərizə müəllifi probleminin kütləvi informasiya vasitələrində ictimailəşdirilməsini, aidiyyəti qurumlara çatdırılmasını xahiş etmişdir.
Cənab Rövşən Rzayev KİV-ə verdiyi müsahibələrdə hər bir məcburi köçkünlə sıx əlaqə yaratmağı və əlbəttə, ümumi işləri sahmana salmağı komitənin əsas vəzifəsi kimi gördüyünü, Dövlət Komitəsinin rəhbəri kimi köçkünlərin məskunlaşma yerlərinin əksəriyyətində olduğunu, onların problemləri, təklifləri ilə şəxsən tanış olduğunu, onların yeni evlərə köçürülməsi prosesini tamamilə şəffaflaşdırmağa çalışdığını bildirir. Deyir ki, aparat rəhbərinin başçılıq etdiyi xüsusi komissiya məcburi köçkünləri dəvət edir, yeni evlərdə mənzil və mərtəbələr püşkatma ilə müəyyənləşdirilir, prosesin şəffaflığı üçün bu işə ölkə ictimaiyyəti də cəlb olunur. Buyursun, çox hörmətli Komitə sədri Rzayev şikayətçi Qənbərova izah etsin – necə olur ki, uğurlu püşk məhz elə pulu, imkanı olanlara düşür?

OXŞAR XƏBƏRLƏR
Jani 6 dekabr 2021 22:46
  Жалоба     
Maria waits for Tony on the rooftop of her house building when Chino arrives and tells her what
occurred. West Side Story
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…