Azərbaycan İdeyası

“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə - YENİLƏNİB

Tarix:5-11-2025, 23:45
Baxış Sayı:42



"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda doğma meydanda "Çelsi" (İngiltərə) ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı londonlular açıblar. 17-ci dəqiqədə Estevan Villian fərqlənib. Ardınca "köhlən atlar" iki qol vurublar. 29-cu dəqiqədə Leandro Andrade tablodakı rəqəmləri eyniləşdirib. 10 dəqiqə sonra isə Marko Yankoviç əllə oyuna görə təyin olunan penalti zərbəsini qola çevirib. İkinci hissədə isə "zadəganlar" məğlubiyyətdən xilas olublar. Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 7-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv V turda, noyabrın 25-də səfərdə İtaliyanın "Napoli" kollektivinin qonağı olacaq.



22:59

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda hesab yenidən bərabərləşib.

Tofiq Bəhramov stadionunda keçirilən matçda qonaqlar tablodakı rəqəmləri eyniləşdiriblər - 2:2.

Alexandro Qarnaço 53-cü dəqiqədə hədəfdən yayınmayıb.



22:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ikinci hissı başlayıb.

Məlumata görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

22:35

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda ilk hissə başa çatıb.

Məlumatıa görə, Tofiq Bəhramov stadionunda keçirilən matçda meydan sahibləri fasiləyə 2:1 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı avstriyadan olan FIFA referisi Sebastyan Qishamer idarə edir.

22:24

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda üçüncü qol vurulub.

Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri hesabda irəli çxııblar - 2:1.

39-cu dəqiqədə Marko Yankoviç penalti zərbəsindən fərqlənib.

22:16

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun "Qarabağ" - "Çelsi" (İngiltərə) hesab bərabərləşib.

Məlumata görə, Tofiq Bəhramov stadionunda keçirilən oyunda meydan sahibləri status-kvonu bərpa ediblər - 1:1.

29-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.



22:02

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.

"Çelsi" Estevaonun matçın 16-cı dəqiqəsində vurduğu qolla hesabda önə keçdi: 0-1.



21:45

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.

Xəbər veririk ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı