Azərbaycan İdeyası

Səngərdəki əsgərin anası acdırsa...

Tarix:24-12-2021, 12:54
Baxış Sayı:444

Səngərdəki əsgərin anası acdırsa... - “Adi xadimə işləmək üçün mütləq lazımdırmı ki, oğullarımız şəhid ola, bəlkə yazıqları gələ?”
Bir il əvvəl Azərbaycan Vətən müharibəsində şanlı Qələbə qazandı, torpaqlarımız 30 illik işğaldan azad olundu. Qələbəmizi şərtləndirən amillər sırasında əlbəttə ki, ən öndə şəhidlərin, qazilərin Vətən uğrunda tökülən qanı, igid əsgər və zabitlərimizin rəşadəti dayanır.
Çox təqdirəlayiq haldır ki, Azərbaycan dövləti şəhid və qazi ailələrini qayğı və diqqətlə əhatələyib, onların problemlərinin həllinə ciddi əhəmiyyət verir. Ancaq bir məsələni də unutmamalıyıq ki, Ermənistanın üçtərəfli bəyanatdan keçən dövr ərzində çoxsaylı təxribatlar törətməsi bizdən daim dəmir yumruğumuzu düyünlü, hər an işə düşməyə hazır vəziyyətdə saxlamağı tələb edir. Axı, düşmən Zəngəzur dəhlizini açmaq öhdəliyini yerinə yetirmək əvəzinə, Şuşanın, Hadrutun geri qaytarılmasından danışır. Ona görə də hazırda hərbi xidmətdə olan əsgərlərimiz də, hərbi xidmətə getməyə hazırlaşan çağırış yaşlı gənclərimiz də arxayın olmalıdırlar ki, əmək qabiliyyətli üzvləri azalan ailələri korluq çəkməyəcəklər. Valideyni bir qarın çörək qazanmaq üçün iş tapa bilməyən əsgər səngərdə necə ayıq-sayıq dayana bilər axı? Onu necə vadar edəsən ki, postda keşik çəkəndə diqqətli ol, evini, ailəni fikirləşib xəyala dalma?
Cəlilabad şəhər Ə.Cavad küşəsi, ev 43 ünvanda yaşayan vətəndaş Nuriyeva Mərziyyə Allahşükür qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, Cəlilabad Rayon Təhsil Şöbəsinin müdirindən dəfələrlə onu məktəblərdən birinə xadimə işinə götürməyi xahiş etsə də, şöbə müdiri biganə qalmışdır. Mərziyyə xanım bildirir ki, ona xadimə işi üçün boş yer olmadığı deyilsə də, yayda istifadəyə verilmiş 9 saylı məktəbdə 8 nəfər xadimə işinə götürüblər, hətta daha bir neçə nəfərinin də adı yazıldığı halda işə çıxmırlar.
“Bəhanə edirlər ki, bəs ilk növbədə şəhid və qazi ailələri üzvlərinin işlə təminatına önəm verilir. Ancaq araşdırılsa, məlum olar ki, işə götürülmüşlər sırasında o qəbildən 4 nəfər ola, ya olmaya. Mənim də yaxın qohumum Kəlbəcər döyüşçüsü olub, qazidir. 5 ildir hərbidədir. Öz oğlum əsgərdir, mən onun andiçmə mərasiminə gedə bilmədim yoxluq üzündən. Özü də Suqovuşanda sərhəd zonasında xidmət edir. O biri oğlumu 8 aydan sonra hərbiyə çağıracaqlar. Mən onun getməsinə necə razı olum axı? Çünki əsgər analarına qiymət qoyulmur. Mən onların yanına necə gedəcəyəm baş çəkməyə? Oğluma pul xərcliyi lazım olur, kasıbçılıqdan onu göndərə bilmirəm. Mən Cəlilabad şəhər təhsil şöbəsinin müdirindən nə böyük vəzifə isdiyirəm ki? Adi xadimə işləmək üçün mütləq lazımdırmı ki, oğullarımız şəhid ola, bəlkə yazıqları gələ?”
Gerçəkdən də, düşünəndə adam mat-məəttəl qalır: Xadimə işləmək üçün xüsusi peşəyə, ixtisasa yiyələnmək lazım deyil. Qadınlar elə öz evlərini, həyət-bacalarını silib-süpürərək bu sadə vərdişlərə yiyələnirlər. Bəs elə isə Cəlilabadın təhsil müdirinin razılığını alımaq üçün daha hansı tələblərə cavab vermək lazımdır? Oğulları şəhid, ya da qazi olmadan işə götürülənlər əsgər anasından hansı üstün cəhətləri ilə fərqlənirlər?
X.Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - RƏSMİ
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - RƏSMİ
Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir
Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.