Azərbaycan İdeyası

Suraxanıda evlərə və obyektlərə qənim kəsilən şəxslər TUTULDULAR

Tarix:19-12-2022, 12:58
Baxış Sayı:128

Suraxanıda evlərə və obyektlərə qənim kəsilən şəxslər TUTULDULAR
Suraxanı rayonunda son iki ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, quldurluq cinayətləri edən və üzərində odlu silah gəzdirən 189 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən 149-u narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 75-i barəsində məhkəmə tərəfindən həbs, 74-ü haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları oğurlayan, habelə yanacaqdoldurma məntəqəsində quldurluq əməli törədən, üzərində qanunsuz olaraq odlu silah saxlayan 8 nəfərdən ibarət 4 dəstə, ümumilikdə isə 40 nəfər saxlanılıb. Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 43 obyekti qarət etdikləri müəyyən edilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı