Azərbaycan İdeyası

“Gülsatan oğlan” dələduzluq edib

Tarix:23-12-2022, 19:25
Baxış Sayı:79

“Gülsatan oğlan” dələduzluq edib
Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Hazırda ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. Maddədən göründüyü kimi, dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə.
Etibarından sui-istrifadə edilərək aldadılan şəxslərdən biri də Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, bina – 5, mənzil – 3 ünvanında yaşayan Zalzadə Ruhəngiz Musa qızıdır. O, “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, məruz qaldığı dələduzluq əməlindən bəhs edib və məsələnin kütləvi informasiya vasitəsində ictimailəşdirilməsini xahiş edib.
R.Zalzadə yazır ki, tanımadığım bir şəxs ona zəng edib xərçəng xəstəsi olduğunu, müalicə almaq üçün imkanı olmadığını deyərək yardım istəyib. Lakin kim olduğunu, onun telefon nömrəsini kimdən öyrəndiyini deməkdən yayınıb. Ruhəngiz xanım həmin şəxsə maaşa işlədiyini, köməklik etməyə yetəcək qədər imkanı olmadığını deyib. Həm də onun özünün işləyib-işləmədiyini soruşub. Naməlum şəxs Ruhəngiz xanıma əmisinin “Gənclik” metro-stansiyası yaxınlığında gül dükanında işlədiyini, lakin qazancının az olduğunu bildirib və görüntülü danışaraq gül dükanında oturduğunu göstərib. Sonra Ruhəngiz xanıma yalvararaq Aviasiya Akademiyasının məzunu olduğunu, hava limanına işə düzəlmək istədiyini, ondan 5000 (beş min) manat rüşvət istənildiyini deyib və həmin məbləğdə köməklik etməsini istəyərək, işləyib qaytaracağını vəd edib. Adam yalnız adının “Mansur” olduğunu, əslən mərdəkanlı olduğunu deyib, lakin guya itirdiyi səbəbindən şəxsiyyət vəsiqəsini göstərməyib. Ruhəngiz xanım ehtiyatsızlıq edərək, Mansuza özünə bank tərəfindən 10-15-20 min manat zaminsiz kredit təklif edildiyini yazıb. Mansuz əvvəllər işlədiyini, hətta pul qazanıb maşın aldığını, lakin hazırda maşının mühərrikinin xarab olduğunu da deyərək, Ruhəngiz xanımı fərasətli olduğuna inandırıb. Ürəyi yumşalan Ruhəngiz xanım “Unibank”dan 5000 (beş min) manat kredit götürərək pulu və öz adına rəsmiləşdirilən bank sənədlərini “Gənclik” metrosu yaxınlığında görüşdüyü Mansuza verib. Lakin həmin görüşdən bir həftə sonra Mansuz zəng vurub ona deyib ki, dalaşdığına görə işi polisə düşüb, həbsdən qurtarmaq üçün pulu polisdə işləyən xalası oğlunun vasitəsilə rüşvət verməli olub, o üzdən işə də girə bilməyib. Beləliklə, Ruhəngiz xanımı aldadan Mansuz borcunun yalnız ilk 3 aylıq məbləğini (aprel, may, iyun) tam, iyul, avqust aylarının borcunu isə qismən ödəyib. İki ayın qalığını və sonrakı aylar üzrə borcu isə Ruhəngiz xanım özü çətinliklə, başqa mənbələrdən borc götürərək ödəməli olub. O vaxtdan Mansuz onun telefon zənglərinə cavab vermir. Ruhəngiz xanım ünvanını, initsiallarını dəqiq bilmədiyi həmin şəxsi tapmaq üçün metronun “Gənclik” və “Nərimanov” stansiyaları arasındakı nahiyədə bütün gül dükanlarını gəzib, amma axtarışları nəticə verməyib. Şikayətçi bildirir ki, maaşı qaneedici deyil, o üzdən krediti ödəyə bilmir, hədd-buluğa çatmamış qızı da işləmir. Ümid edir ki, məsələ KİV-də ictimailəşəndən sonra hüquq-mqhafizə orqanları onu aldadan dələduzun tapılması ilə ciddi məşğul olacaqlar.
Amma hüquq-mühafizə orqanlarının əlində həqiqətən Mansuzun tapılması üçün yetərincə imkan (telefon nömrəsi, şəbəkə yazışma məlumatları, fotorobot çıxarmaq və s.) var.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA