Azərbaycan İdeyası

Bu gün qar, yağış yağacaq

Tarix:21-01-2016, 10:35
Baxış Sayı:501

Bu gün qar, yağış yağacaq


Bu gün Azərbaycanın bəzi ərazilərində qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında yanvarın 21-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı