Azərbaycan İdeyası

İcra məmuru

Tarix:30-01-2023, 14:49
Baxış Sayı:298

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanda yaşayan Allahverdiyev İlkin Mübariz oğlu və anası Allahverdiyeva Emeliya Əli qızı 13.01.2022-ci il tarixdə redaksiyamıza yazılı müraciət edərək, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlunun qanunsuz hərəkətlərindən şikayətlənmişlər:
“İcra məmuru Ələddin Hüseynov Ağdam Rayon Məhkəməsinin 31.08.2022-ci il tarixli bu günədək bizə təqdim edilməyən qətnaməsini icra etmək bəhanəsilə 18.10.2022-ci il və 09.12.2022-ci il tarixlərində məzmunca ziddiyyətli icraata başlamaq barədə qərarlar qəbul edir: “İlkin icraatında iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını bizim hər ikimizdən, ikinci qərarında isə həmin qızıl-zinət əşyalarını yalnız Allahverdiyev İlkindən alınaraq iddiaçıya veriulməsini qərara alır. Onun ilkin qərarı əsasında Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı 21.11.2022-ci il tarixdə 3(001)-3583/2022 saylı qəbul etdiyi saxta və ədalətsiz qərarında iddiaçının tələb etdiyi əşyalarını iş üzrə biz cavabdehlkərdən birimizdən – Allahverdiyev İlkindən alınmasını qərara alır!!! Bir ay on doqquz gün bizdən gizlədilən həmin qərar əsasında icra məmuru Hüseynov Ələddin İXM-nin 529.2-ci maddəsinin tələbini kobud şəkildə pozaraq, Allahverdiyev İlkin barəsində inzibati xəta haqqında protokol tərtib edərək, onu məhkəməyə aparır. Lakin hakimin katibi qeyd etdiyimiz qanunun tələbini pozduğunu Hüseynov Ələddinin diqqətinə çatdırıb, onun İlkin Allahverdiyev barəsində tərtib etdiyi materialları qəbul etməkdən imtina edir!!! Bizim Binəqədi Rayon Məhkəməsinə ünvanladığımız sorğumuza cavab olaraq hakim Aygün Qurbanova 21.11.2022-ci il tarixdə qəbul etdiyi qərarı 09.01.2023-cü ildə bizə təqdim edir. Həmin qərardan 11.01.2023-cü il tarixində tərəfimizdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etdik. Şikayətimiz hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İcra məmuru Hüseynov Ələddin bizə qarşı törətdiyi əməlin cinayət xarakterli olduğunu anlayıb, məsuliyyətdən yayınmaq məqsədilə 11.01.2023-cü ildə bizi aldadaraq icra şöbəsinıə çağırmış, Allahverdiyeva Emeliya Əli qızı onun qəbulunda olarkən barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Binəqədi Rayon Məhkəməsinə gətirir. Halbuki, yuxarıda qeyd etdiyimiz və Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın qəbul etdiyi 21.11.2022-ci il tarixli qərarında, nə də onun “icraata başlamaq” haqqında Ələddin bəyin təkrar qəbul etdiyi qərarda iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının Emiliya tərəfindən ödənilməsi tələb edilmirdi!!! O, eləcə də Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı həbs ediləcəyi barədə E.Allahverdiyevaya hədə-qorxu gəlib, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qaytarılması barədə (bir gün vaxt qoymaqla!) iltizam yazmağa məcbur etdilər!!! Bundan sonra Emiliyanı azadlığa buraxdılar, baxmayaraq ki, o, icra məmuru Ələddin Hüseynova verdiyi izahatında iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını “Moskva” Univermağında əvvəllər tanımadığı, dediyinə görə, “Azərbaycan” Nəşriyyatında işləyən Hüseynov Güloğlan Pəli oğlu ad-soyadlı şəxsdən bir-iki gün müddətinə icarəyə götürdüyünü yazmışdı. Belə ki, biz “Moskva” Univermağının qızıl şöbəsində olarkən, o da qızıl şöbəsinin qarşısında qızıllarla maraqlanırdı. Toy qurtardıqdan sonra isə, həmin qızıl-zinət əşyalarını qaytarıb verdik sahibinə - Hüseynov Güloğlan Pəli oğluna”.
Allahverdiyevlər redaksiyadan xahiş edirlər ki, icra məmuru Hüseynov Ələddin Qulam oğlunun və Binəqədi Rayon Məhkəməsinin hakimləri Qurbanova Aygün Arzu qızının və Sadıqova Aynurə Vahid qızının bizə qarşı yol verdikləri cinayət xarakterli əməllərinin qarşısını almaq və onların məsuliyyətə cəlb edilmələri məqsədiylə bizim ərizəmizi aidiyyəti dövlət orqanlarının rəhbərlərinə çatdırmaq üçün KİV-də ictimailəşdirilsin.
19.01.2023-cü il tarixdə araşdırma aparmaq məqsədilə danışdığımız Ələddin Hüseynovun dəvəti ilə günorta Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə gedib ona zəng etdik. O, xəstəxanada olduğunu, gəlib görüşə bilməyəcəyini dedi. Bundan sonra əsəbləşib kükrəyən məmur vətəndaş İlkin Allahverdiyevə zəng vurub, “anamın südü mənə haram olsun, səni qandallamasam” deyib, sonra isə Emeliya Allahverdiyevaya zəng edərək onu da hədələyib: “Orda gözlə, səni içəri atacağam”. Emeliya cavabında: “Mən heç bir qanunu pozmamışam ki, sən məni həbs edəsən”.
Şikayətçilər bildirirlər ki, 16.01.2023-cü il tarixdə saat 12:43 radələrində icra məmuru küçənin ortasında İlkin Allahverdiyevin qolundan yapışaraq ona “sən axtarışdasan” deyərək qarşı zor tətbiq etməyə çalışıb. Lakin İlkin Allahverdiyev məmurun əlindən çıxaraq qaçmağa müvəffəq olub. Ələddin Hüseynov İlkin Allahverdiyevi maşınla da təqib edib. Maraqlıdır, görəsən “Qoçu Əsgərlik” edən icra məmurunun vətəndaşı axtarış qərarı olmadan avtomobillə qovmağa ixtiyarı çatırmı?
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına da gedib İlkinlə Emeliyanın iddia ərizəsini təqdim etdik. Ələddin Hüseynovdan Emeliyanın haqqında protokolu və İlkinin haqqında axtarış qərarını göstərməsini istədik.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Aile Qadın və Uşağ Problemləri komitəsinə Bahar Xanım Muradovaya   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Ədliyyə Naziri Cənab Fərid Əhmədova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
İran İslam respublikasının Prezidenti Cənab Məsud Pezeskiana   Sürəti Korrupsiya və Qanun Qəzetinin Redaksiyasına
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan Azer Aga oglu Agayev terefinden 00994775003111 Ərizə
Azərbaycan Respublikasınin Xarici İşlər Naziri Cenab Ceyhun Bayramova   Bakı Şəhəri Sabunçu Rayonu Mastaga Qesebesi Axund Mir Elekber kuc 17/ 40 da yasayan  Azer Aga oglu Agayev terefinden 00994775003111   Ərizə
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
Bakı bazarlarında qaymaq qıtlığı - Ancaq sifarişlə gətirilir
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ADNSU-nun rektoru saxta profil açaraq hirş indeksini süni şəkildə şişirdirmiş...
ALLAH RƏHMƏT ELƏSİN!
ALLAH RƏHMƏT ELƏSİN!