Azərbaycan İdeyası

“Brend House” əmək qanunvericiliyinin tələblərini pozub

Tarix:3-05-2023, 16:37
Baxış Sayı:43

“Brend House” əmək qanunvericiliyinin tələblərini pozub
Azərbaycanda əmək və məşğulluq qanunları işəgötürənlər üçün tələb kimi minimum standartları müəyyən edir, iş rejimi və şərtlərini ciddi şəkildə tənzimləyir. İşəgötürən və işçi əmək müqaviləsi ilə işçi üçün daha əlverişli şərtlər barədə razılığa gələ bilər; lakin bu Məcəllə ilə müəyyən edilmiş minimal standartların məhdudlaşdırılması ilə bağlı hər hansı bir razılaşma qüvvəsi yoxdur.
İşçinin iş rejimi, illik məzuniyyət, minimum əmək haqqı, maksimum iş saatı, əmək müqaviləsinin xitamı şərtləri və kompensasiya (müavinətlər) Azərbaycanın Əmək Məcəlləsi ilə tənzimlənən müxtəlif məsələlərdəndir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Konstitusiyasına əsasən, gündəlik normal iş saatı səkkiz saatdan çox ola bilməz.
Standart iş həftəsi 5 iş günündən ibarətdir. Sənaye sahəsinin, xidmət sahəsinin və iş şərtlərinin xüsusiyyətlərindən asılı olaraq, işəgötürən həftəlik iş saatları limitində bir iş günü istirahət günü olmaqla, altıgünlük iş həftəsi müəyyən edə bilər. Minimum illik məzuniyyət ümumi olaraq 21 gündür. Mütəxəssis vəzifələri üçün isə Əmək Məcəlləsində illik məzuniyyət 30 gün müəyyən edilməklə bərabər, işçinin təcrübəsinin nəzərə alınaraq, əlavə məzuniyyət hüququ du nəzərdə tutulur. İşəgötürən işçilər üçün təhlükəsiz iş şəraiti yaratmalı və iş yerlərində məcburi sığorta təmin etməlidir.
Əmək Məcəlləsi işçinin və işəgötürən tərəfindən müqaviləni ləğv etmək üçün əsasları ciddi şəkildə tənzimləyir. Odur ki, hər hansı bir iddia və ya zərərin qarşısını almaq üçün bütün xitam prosedurlarına və tələblərinə əməl edilməlidir.
Zərdab rayonunun Məlikməmmədli kəndində qeydiyyatda olan Həsənova Aytən Qarakişi qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirib ki, hazırda Bakı şəhərində tez-tez dəyişməyə məcbur olduğu müxtəlif ünvanlarda kirayədə yaşayır. Yazır ki, 2021-ci ilin axırlarından “Brend House” mağazalar şəbəkəsinin Abşeron filialında kassir vəzifəsində çalışıb. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna yol verməyib, nöqsanı olmayıb. Həmin vəzifədə təxminən bir il iki aya yaxın çalışıb. 2023-cü ilin mart ayının əvvəlində ona heç bir xəbərdarlıq etmədən işdən azad ediblər. Qeyd edir ki, işə götürüləndə onunla müqavilə bağlanılıb, 500 (beş yüz) manat aylıq maaşı nağd (kartsız) şəkildə ödənilirmiş.
Vətəndaş A.Həsənova xatırladır ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, işçi işdən azad etməzdən əvvəl rəhbərlik tərəfindən xəbərdar edilməlidir. İşçiyə vaxt verilməli, işdən azad ediləndən sonrakı üç ay ərzində aylıq məvacibi ödənilməlidir. Lakin müəssisə rəhbərliyi ona münasibətdə qanunvericiliyin bu tələblərini və işçinin hüquqlarını kobud şəkildə pozub. Odur ki, redaksiyadan bu problemini ictimailəşdirməyi və aidiyyəti qurumlaraçatdırılmasını xahiş etmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53.6.-cü maddəsinə görə, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin min beş yüz mislindən iki min mislinədək miqdarda çərimə edilir.
Hərçənd, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişiklik əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiqini nəzərdə tutur və bu da onlara güzəştli yanaşmanı ehtiva edir. Həmin dəyişiklik o deməkdir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol vermiş işəgötürən əgər müəyyən edilmiş müddətdə bu halı aradan qaldırdıqda bəzi cərimələri ödəməkdən azad edilir. Bununla işəgötürən həm də əmək qanunvericiliyində nəzərdə tutulan tələbləri pozduğu halda onun bu pozuntunu qısa müddətdə aradan qaldırması stimullaşdırılır. Ümid edirik ki, “Brend House” rəhbərliyi vətəndaş A.Həsənovanın hüquqlarının bərpası istiqamətində konstruktiv addım atmağa üstünlük verəcək.

“Korrupsiya-q.az”, 05.04.2023

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…