Azərbaycan İdeyası

Liftlərdə qadınlara qənim kəsilən seksual manyakdan YENİ XƏBƏR

Tarix:6-03-2015, 16:23
Baxış Sayı:570

4 dəfə məhkumluq yaşayan seksual manyaka dövlət ittihamçısı 13 il 6 ay müddətinə cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz ittihamçı-prokurora verilib. Dövlət ittihamçısı çıxış edərək, İlkin Qasımovun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib. Məhkəmə prosesi martın 11-də davam etdiriləcək.

İ.Qasımov etdiyi əməllərə görə özünü təqsirli bilməyib.

Qeyd edək ki, keçən il aprel ayın 19-da Yasamal rayonu polis əməkdaşları tərəfindən qadınlara qarşı seksual xarakterli hərəkətlər edən Sabunçu rayon Bakıxanov qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yaxalanıb. Onun gənc qızlara qarşı artıq 5 dəfə seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub. 31 yaşlı İ.Qasımov Xətai və Nizami rayonlarında da qadınlara hücum edirmiş. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırmış. İ.Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb. Seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobillə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş.
İ.Qasımov ilk dəfə saxlanıldıqdan sonra Yasamal Rayon 28-ci Polis Bölməsindən qaçıb. İ.Qasımov Cinayət Məcəlləsinin digər maddələri 4 dəfə məhkumluq həyatı yaşayıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı