Azərbaycan İdeyası

AMAY rəhbərinin məhkəməsi davam etdirilib

Tarix:5-03-2015, 15:31
Baxış Sayı:516

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, mənimsəmədə və başqa əməllərdə təqsirləndirilən AMAY ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, prosesdə Abdulla Abdullayevə qarşı 2 milyon manatlıq mülki iddianın qaldırılması məsələsi ilə bağlı çıxışlar olub.

Məhkəmədə zərərçəkən şəxs qismində çıxış edən Orxan Cəfərov deyib ki, nənəsi Minarə Quliyeva 2003-cü ildə torpaq sahəsi alıb: "Torpağı aldıqdan bir müddət sonra Xudafərin MMC tərəfindən həmin ərazi zəbt edildi deyir. Məhkəmələr də onları haqlı saydı. Nənəm 2011-ci ildə rəhmətə getdi. Mən də onun hüquqi varisi kimi ifadə vermişəm".
Bundan sonra A.Abdullayevin vəkili Əkbər Bağırov çıxış edərək O.Cəfərovun dediklərinin əsassız olduğunu deyib: "Bu şəxsin hüquqi varis olmasını heç bir sənət sübut etmir. Həmin şəxsi mülki iddiası rədd edilməlidir və zərərçəkmiş şəxs statusuna xitam verilməlidir".
Daha sonra Abdulla Abdullayev Orxan Cəfərovun iddiasına münasibət bildirib: "Başa düşmürəm. Mən gərək onda nə qədər adama mülki iddia qaldıram. Ev tikmişəm. O qədər xahiş edən olub ki, pulumuz yoxdur, ev ver, olanda verəcəyik. İndiyə qədər 1 manat verməyiblər, amma ev sahibidirlər. Gərək indi hamısını məhkəməyə verək?”
Dövlət ittihamçısı çıxış edərək, Orxan Cəforovun iddiasının qəbul edilməsini məhkəmədən istəyib. O, Orxan Cəfərovun zərərçəkmiş şəxs statusundan çıxarılmasına heç bir əsas olmadığını qeyd edib.

A.Abdullayevin vəkilləri prokurora etiraz edib.

Daha sonra Abdulla Abdullayev çıxış edərək AMAY-ı necə tikməsindən danışıb və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib: "2004-cü ildə mən mən hər şeyimi satdım ki, AMAY-ı tikim. Mən tikinti başlayanda cəmi 800 dollar pulum vardı. Allah rəhmət eləsin Rauf Dektaşa (Şimali Kipr Türk Cumhuriyyətinin mərhum prezidenti S.E) Zəng eləyib dedim ki, Rauf müəllim mənim pula ehtiyacım var. Xahiş etdim ki, oradakı zavodun pulu ilə bağlı köməklik göstərin. O, da bu məsələ ilə bağlı oğlu ilə əlaqə saxlamağımı bildirdi. Sabahısı günü zavodun pulu gəlib çatdı. Mən ticarət mərkəzini o pulla tikdim”.

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur