Azərbaycan İdeyası

Siqaret istifadəçilərinə bəd xəbər: Yeni ildən etibarən dəyişiklik olacaq

Tarix:13-11-2025, 10:48
Baxış Sayı:50

Siqaret istifadəçilərinə bəd xəbər: Yeni ildən etibarən dəyişiklik olacaq

Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırıla bilər. Bu, 2026-cı ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Layihəyə əsasən, gələn ildən bəzi aksizli mallar üzrə vergilərin artırılması planlaşdırılır. Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliyə əsasən, tütün məmulatları – siqarlar, ucları kəsilən siqarlar, siqarillalar (nazik siqarlar), həmçinin tütündən hazırlanan siqaretlər və onların əvəzediciləri üçün aksiz dərəcəsinin 1 000 ədəd üçün 45,5 manatdan 55 manata qaldırılması planlaşdırılır. Bundan əlavə, layihədə alkoqollu içkilərə də tətbiq olunan aksiz dərəcələrinin artırılması təklif olunur.

Maraqlıdır, yeni artımlar sözügedən məhsulların qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, aksiz vergisinin artırılması tütün məmulatları və spirtli içkilərin maya dəyərini formalaşdıran əsas amillərdən biridir.

“Bu istiqamətdə xərc yükünün artması həmin məhsulların qiymətinin dəyişməsinə gətirib çıxaracaq. 2026-cı il üçün təklif edilən dəyişiklik qəbul olunarsa, bir ədəd siqaret üçün təxminən 4,5 qəpik əlavə aksiz vergisi hesablanacaq. Təcrübə göstərir ki, bu cür qərarlar qısa müddət ərzində son istehlak qiymətlərinə birbaşa təsir edir".

İqtisadçının sözlərinə görə, bazarda qiymətlərin formalaşmasına yalnız aksiz vergiləri deyil, həm də şirkətlərin qiymət siyasəti, logistika xərcləri və ümumi iqtisadi vəziyyət kimi amillər təsir göstərir:

“Burada müxtəlif faktorlar rol oynayır. Şirkətlərin müəyyən etdiyi qiymət siyasəti, idxal xərcləri, istehsal prosesində yaranan əlavə məsrəflər və s. Bu amillərin ümumi təsiri fonunda bazarda tütün və spirtli içkilərin qiymətlərinin artması real görünür. Çünki bizdə vergi dərəcələrinin artırılması adətən qısa zamanda bazar qiymətlərində əks olunur".

OXŞAR XƏBƏRLƏR
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Vilayət Eyvazov xaricdə təhsil alacaq polis kursantlarını qəbul edib
Prezident icra başçısını vəzifəsindən azad etdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Baş nazir: "Gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin payı 44% olacaq"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır"
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq