Azərbaycan İdeyası

Umayra Tağıyeva: "İri infrastruktur layihələri təbiət üzərində əlavə təzyiq yaradır"

Tarix:20-05-2026, 11:00
Baxış Sayı:6


"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və onun 2030-cu ilə qədər uzadılması çərçivəsində, həmçinin "Böyük Qayıdış" proqramı daxilində azad edilmiş ərazilərdə hava keyfiyyəti monitorinq sisteminin çoxriskli erkən xəbərdarlıq sisteminin bir hissəsi kimi yaradılması iqlim dayanıqlılığı üçün vacib uyğunlaşma tədbiri kimi müəyyən edilib".

Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi" adlı konfransda deyib.

O bildirib ki, təmiz hava və dayanıqlı şəhərlər inteqrə olunmuş şəhər həlləri tələb edir:

"Şəhər meşələri, yaşıl dəhlizlər, parklar və təbiətəsaslı həllərdən ibarət yaşıl infrastruktur şəhər istiliyinin azaldılması, çirkləndiricilərin tutulması, biomüxtəlifliyin artırılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Aydındır ki, iri infrastruktur layihələri təbiət üzərində əlavə təzyiq yaradır və buna görə də təbiətin qorunması tədbirləri inkişaf fəaliyyəti ilə paralel həyata keçirilməlidir. Vətəndaş cəmiyyəti və özəl sektorun fəal iştirakı da xüsusi əhəmiyyət daşıyır".

O bildirib ki, şəhər dayanıqlılığı, ictimai sağlamlıq və davamlı inkişaf kontekstində təmiz hava artıq yalnız ekoloji məsələ deyil. Bu, iqtisadi məhsuldarlıq, sosial bərabərlik, iqlim dəyişikliklərinin qarşısının alınması və onlara uyğunlaşma, eləcə də insan rifahı məsələsinə çevrilib:

"Bu baxışın reallaşdırılması hava keyfiyyətinin idarə olunmasının şəhərsalma planlaşdırılması, nəqliyyat sistemləri, enerji siyasəti və yaşıl infrastrukturun inkişafı ilə inteqrasiyasını tələb edir".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı