Azərbaycan İdeyası

Umayra Tağıyeva dünyanın 10 ən yaxşı qadın meteoroloqundan biri oldu

Tarix:6-03-2015, 16:42
Baxış Sayı:465

Ümumdünya Meteorologiya Təşkilatı Umayra Tağıyevanın adını bir çox sahələrdə birinci olmaq üçün bütün maneələri dəf edən nümunəvi elmi əməkdaşlardan ibarət qabaqcıl qadınlar siyahısına daxil edib (https://www.wmo.int/gender/content/women-weather-water-and-climate).

Lent.az-ın trend-ə istinadən xəbərinə görə, təşkilatın yaydığı məlumatda deyilir: “Beynəlxalq səviyyədə qadınların texnologiyalar, informasiya, elm, təhsil və texniki hazırlığa çıxışını təmin etmək və qadınların elm və texnologiyada mövqeyini gücləndirmək istəyi var. Qadınların elmi-texniki təhsilə bərabər çıxışı təmin edilməlidir. Qadınların elmi işçilər kimi rolunun artırılması ilə onların bu sahədə aktivliyi artıb”.

Ümumdünya Meteorologiya Təşkilatı göstərir ki, qadınlar elmdə uğur qazana bilərlər. Belə ki, təşkilat elm sahəsində 10 ən tanınmış qadını müəyyənləşdirib ki, onların arasında Azərbaycandan U.Tağıyevanın da adı var. Siyahıya düşmüş digər qadınlar aşağıdakılardır: Felerika Rossi (İtaliya), Andre Seleste Sado (Argentina), Barbara Tapia (Çili), Vida Audimente (Litva), Qloriya Seballos (Dominikan Respublikası), Laura Furcione (ABŞ), Aqness Kiase (Tanzaniya), Nadiya Pinardi (İtaliya), Korneli Radiks (Macarıstan).
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun keşmiş direktoru U.Tağıyeva hazırda Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlim şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyət göstərir. Öz sahəsi üzrə gözəl mütəxəssis olan U.Tağıyeva bu institutda elmi iş müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Xatırladaq ki, U.Tağıyevə öz xahişi ilə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı