Azərbaycan İdeyası

BÖHRAN "MELİSSA GROUP" TİKİNTİ ŞİRKƏTİNİ DƏ VURUB - ALIŞANOVUN ƏMƏK HAQQI ÖDƏNİLMƏYİB

Tarix:1-03-2017, 15:11
Baxış Sayı:777

"Melissa Park" yaşayış kompleksinin tikintisini həyata keçirən Azərbaycanın ən böyük tikinti şirkətlərindən biri olan Melissa Group tikinti şirkəti üçün hər zaman ən böyük prioritetlərdən biri və hətta birincisi tikintinin keyfiyyəti olmuşdur" - Şirkətin tanıtım video-rolikində belə deyilir. Şirkətin feysbuk səhifəsində təklif olunan mənzillərdə yaşayış sahəsinin kvadrat-metrinin qiyməti barədə verilən sualları isə səhifənin admini cavablandırmaqdan yayınır, bu barədə məlumat almaqdan ötrü şirkətin satış ofisinə yaxınlaşmağı məsləhət görür. Amma gəlin görək, qiyməti deyil, keyfiyyəti prioritet sayan bu şirkətdə işçilərin əmək hüquqları necə qorunur, əmək qanunvericiliyinin tələblərinə necə riayət olunur?
Masallı rayonunun Ərkivan qəsəbəsində qeydiyyatda olan Alışanov Şöhrət Çoban oğlu redaksiyamız aərizə ilə müraciət edərək, bildirmişdir ki, 2014-cü ilin avqust ayından sözügedən şirkətə işə qəbul olunmuşdur. 2015-ci ilin oktyabr ayınadək iş icraçısı Bayram müəllimin rəhbərliyi altında çalışmış, əmək haqqını vaxtlı-vaxtında və tam həcmdə almış, heç bir narazılığı olmamışdır. Sonra inşaatçı kadrlar arasında yerdəyişmə olmuş, iş icraçıları Vasif, Rasim, Ramiz adlı şəxslərlə işləməli olmuşdur. Alışanov malyar işinə keçirilərək, hər kvadrat-metrə görə ona işəmuzd 3(üç) manat zəhmət haqqı alacağı vəd edilmişdir. Lakin sonradan onun məvacibindən hər kv-metrə görə 1(bir) manat kəsilərək saxlanılmış, divar üzlüyünün çəkilməsi başa çatandan sonra pulunun qalığının da ödəniləcəyi deyilibmiş. Buna baxmayaraq, üç mənzilin malyar işini təhvil versə də, pulunu verməmişlər. Ona deyilib ki, "sən işi bizə təhvil verməmisən, biz işi başqa briqadanı işlədərək təhvil almışıq".
Onunla bağlanmış əmək müqaviləsinin də saxta olduğundan şübhələnən Alışanov yazır ki, 2016-cı ilin yanvar ayından bu yana əmək haqqını ala bilməmiş, ödəniləcəyi ümidi ilə şəhərdə 5-6 ay işsiz qalaraq 540 (beş yüz qırx) manat kirayə pulu ödəmişdir. Şikayətçi ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün mübarizə aparmaqda israrlıdır və bu işdə KİV-in dəstəyinə arxalanır.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
fghfg 6 mart 2017 10:05
  Жалоба     
Senator Guerra Souty original series calendar,replica hublot blue steel peach pointer collocation of rolex replica Rome digital scale, track type minute replica watches scale shows that the classical model is swiss replica watches incomparable, wearing elegant dress highlights.
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Vergilər azaldılsa, maaşlar artacaq - TƏKLİF
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Prezidentdən həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Polis şəhid məzarlarından oğurluq edənləri SAXLADI - VİDEO + FOTOLAR
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”… – Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Abdullayev Elşad İsam oğluna məxsus olan obyektlərin - - Siyahısı...
Elşad Abdullayev HAKİM QARŞISINDA
Elşad Abdullayev HAKİM QARŞISINDA
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə
Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə