Azərbaycan İdeyası

Azər Süleymanovun korrupsiyalaşmış baytar komandası... - kimlər necə təyinat alıb

Tarix:27-03-2017, 15:16
Baxış Sayı:599

  Azər Süleymanovun korrupsiyalaşmış baytar komandası... - kimlər necə təyinat alıb
Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. Cənab Heydər Əsədovun uğursuz “sənəd əsəri“ olan baytarlıq sisteminə özü boyda bədlik və korrupsiya gətirən Azər Süleymanovun Dövlət Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra etməyə başladığı ilk gündən Kənd Təsərrüfatı Nazirliyindəki havadarlarından stimul alaraq baytarlıq sistemində olan böyük kadr potensialını məqsədli şəkildə işdən uzaqlaşdırmağa nail oldu. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsindəki kadr islahatları ilə bağlı cumhuriyyet.az media üzərindən araşdırmalar əsasında ilginc məlumatlar əldə edib.
Məlumat üçün bildirək ki, Dövlət Xidmətinin keçmiş rəisi Siyalə xanımın qızını baytarlıq laboratoriyasında 140 manat maaşı olan işdə cəmi 1 ay işlədikdən sonra anasının rəhbər işdə olduğu üçün işdən çıxarıldı. Lakin cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, Azər Süleymanov şəxsi məqsədlərinə xidmət edəcək şəbəkə yaratmaq üçün cənab Heydər Əsədovun “müxtəlif üsullar”la” razılığını alaraq bu vəzifələrə beynəlxalq tədbirlərdə iştirak edib, müvafiq sertifikatlar almış, bilik və bacarığına görə yeni təyin edilmış adamlardan daha üstün olan və layiq olduğu vəzifəyə keçərək illərlə maaşının artacağını gözləyən mütəxəssislərin başının üstündən dayısı oğlu Elşad Rzayevi Respublika Baytarlıq Laboratoriyasının direktor müavini, tələbə yoldaşı, təqaüdçü, heç bir treninqdən keçməyən Mübariz Nəbiyevi ehtiyac olmadan ştat vahidi alaraq yeni yartdığı şöbəyə müdir təyin etdirdi. Tofiq Atazədəni təyziq altında, şantaj yolu ilə sektor müdiri vəzifəsindən uzaqlaşdıraraq Dövlət Xidmətinin tələbləri səviyyəsində savadı olmayan yaxın adamı Aydın Hüseynovu “Dövlət Qulluğu haqqında” Qanunun tələblərini pozaraq sektot müdiri təyin etdi. Aydın Hüseynov isə iş adamlarını öz otağına çəkib rüşvət yığmaqla məşğuldur. Göz doymadığından hətta Orta Asiya (Kazaxıstan) ixrac edilən atların icazə sənədi üçün bir başına 50 man. rüşvət alır.
Eyni proses regionlarda da həyata keçirilib. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlarda bir çox faktlara rast gəldik: “Ağcabədi Rayon Baytarlıq İdarəsinin sabiq rəisi Savalan Xudiyevin yerinə rəis təyin edilmiş Nazir Cəfərov mal qarasını sataraq əldə etdiyi vəsait hesabına bu vəzifəyə gətirilməsini gizlətmir. (Savalan Xudiyev ədalətsizlik nəticəsində işdən çıxarlmasına dözmədi. Allah rəhmət eləsin!). Dəmir yolunda Baytarlıq Nəzarəti İdarəsinə rəhbərlik edən, bu sahədə uzun müddət təcrübəsi olan Firdövsi Məmmədov Azər müəllimə aylıq haqq verə bilmədiyindən işdən çıxarılmış və idarəyə bu spesifik sahədən qəti xəbəri olmayan Azər Süleymanovun tələbə yoldaşı Kamran adlı şəxs rəis təyin edilmişdir. Peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün Abşeron Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəslndən uzaqlaşdırılaraq onun yerinə tələbə yoldaşı Şəmkir rayonunda Baytarlıq idarəsinin rəisi olmuş Tahir Avdullayev gətirildi. Daha sonra Azər Süleymanov hazırda Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi, peşəkar baytarlıq mütəxəssisi olan Orucəli Qasımov barədə Heydər Əsədova yalan məlumatlar ötürməklə Orucəli müəllimi vəzifəsindən çıxarılmasına nail oldu.
Necə olur ki, Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi Əbülfət həkim hələ gənc yaşlarında Ümummillider Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin 1-ci katibi olan dövründə Mərkəzi Komitədə təlimatçı, sonralar şəxsən möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Qubadlı rayonunda İcrayyə Komitəsinin sədri işləməyi bacardı, lakin Azər müəllim vəzifəyə gətirilən kimi, kiçik bir kollektivi olan Heftçala Rayon Baytarlıq İdarəsinin rəisi işləməyi “bacarmadı”. Balakən Rayon Baytarlıq İdarəsinin rəisi Mahir həkim səbəbsiz işdən azad edildi. Bu vəzifəyə isə qeyri-peşəkar şəxs gətirildi”. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi 11 iyun tarixində eyni ilə meyxana yarışlarında olduğu kimi Dövlət Baytarlıq Nəzarəti Xidmətində kecirilən iclasda işəgötürən tərəfindən əmək hüquqları kobud pozularaq vəzifə yerləri püşkatmaq yolu ilə dəyişdirilən sahə baytarlıq məntəqə müdirləri bu qanunsuzluğa görə cənab Prezidentə müraciət edəcəklərini bildikdə geri çəkilərək indi isə onlardan yerlərinin dəyişməsi haqqında “könüllü” ərizə yazmaqlarını tələb edir.

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025