Azərbaycan İdeyası

DBX bazarda aşkarlanan bu “eşşək əti”nin satışına icazə verdi – ŞOK AÇIQLAMA

Tarix:30-03-2017, 12:37
Baxış Sayı:345

 DBX bazarda aşkarlanan bu “eşşək əti”nin satışına icazə verdi – ŞOK AÇIQLAMA


Bakının 8-ci kilometr bazarında leş ətlərin satışının əks olunduğu video görüntülərlə bağlı Dövlət Baytarlıq Xidməti növbbəti dəfə açıqlama verib.
DBX-nın mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli Unikal.org-a bu barədə bildirib ki, sözü gedən məlumat yayıldıqdan sonara rəhbərliyin göstərişi ilə dərhal yoxlama aparılıb və nəticələri də məlumdur:
“Sözü gedən ətlər tələb olunan qaydalara uyğun avtomobillə daşınmayıb. Heyvan ətləri Nərimanov rayonundan (Montində) kəsim məntəqəsindən gətirilib. Hamısı baytarlıq laboratoriyasından keçmiş iri və xırda buynuzlu heyvan ətləri olub. Ətin tərkibində insan sağlamlığına zərər verə biləcək maddələr aşkarlanmayıb. Buna görə də, sözü gedən ətlərin satışına da icazə verilib”.
Baytarlıq rəsmisi vurğulayıb ki, kəsilmiş ətlərin daşınması üçün xüsusi avtomobillər olmalıdır:
“Təəssüf ki, ətlər sanitar qaydalara uyğun olmayan avtomobillə bazara gətirilib. Bazar rəhbərliyinə və satışı həyata keçirən sahibkara belə bir halın təkrarlanmaması ilə bağlı xüsusi xəbərdarlıq edilib”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı