Azərbaycan İdeyası

Deputat Lerikdə “qan” tökür - VİDEO

Tarix:3-04-2017, 18:03
Baxış Sayı:836

Deputat Lerikdə “qan” tökür - VİDEO
Lerik rayonu Piran kəndi ərazisindən keçən Ləkər və Piran çaylarından bir neçə ildir ki, çınqıl daşınması səbəbindən ətrafda yarğanlar əmələ gəlib.
Korrupsiya və Qanun saytı xezerxeber.az a istinadən məlumat verir ki, çay ildən-ilə genişləndiyindən ətrafdakı evlərə təhlükə yaradır. Gün ərazində buradan 40-dan artıq iri tonajlı yük avtomobili ilə çınqıl daşınır.
Qazıntı aparan şirkət isə Lerik rayon İcra Hakimiyyətinin sərəncami ilə 2012-ci ildən ərazinin onlara qanuni şəkildə 50 illik müddətə icarəyə verildiyini söyləyir.
Kənd sakinlərini narhat edən daha bir məsəslə isə yaxınlıqda fəaliyyət göstərən quşçuluq fabrikin kəsim sexindən qanlı suyun Piran çayına axıdılmasıdır. Ekoloji çirklənməyə məruz qalan bu çayın suyundan sakinlər yay aylarında təsərüfatlarını suvarmaq üçün istifadə edirlər.
1saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən məsələyə aydınlıq gətirilərkən bildirildi ki, şirkət tərəfindən çayın çirkləndirilməsi faktı olub. Bu səbəbdən şirkət cərmələnib. Sonrakı dövrlərdə belə bir hala rast gəlinməyib.
Yerin ona məxsus olmasını iddia edən vətəndaşa tövsiyə olunub kı, sənədlərlə məhkəməyə müraciət etsin.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı